Azərbaycan Gənclər İttifaqı, Azərbaycan Rəqs Asossiyasiyası Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə İlk Respublika Rəqs Konqresi və “Kəpəz Cup 2016” müsabiqəsini Gəncə şəhərində keçiriblər. Trend-ə verilən məlumata görə, tədbirlər Azərbaycan Gənclər gününə həsr olunub. Bakı, Xırdalan, Abşeron, Gəncə, Şəmkir, Göy-Göl, Ağcabədi, Ağstafa, Qazax və Goranboy rəqs kollektivlərin rəhbərləri konqresdə iştirak ediblər. Açılışda ATA-nın Prezidenti, AGİ-nın sədr müavini Əziz Əzizov son illərdə ölkəmizdə rəqsin inkişafından danışıb, gələcək planları ilə paylaşıb.
Hakimlər kollegiyasına elə milli rəqs sənətinin mütəxəssisləri daxil olub: Tahir Eynullayev, Ülviyə Həsənova, Natavan Musayev, Veronika Talıbova, Akif Kərimli.
Qaliblərə gəlincə, sevinənlər – “Kəpəz kuboku”n sahibləri: Folklor Stilizasiya kateqoriyasında: baby show, small group -“ Tumurcuk qrupu” Şəmkir; Children, solo- “Günəşim qrupu” Gəncə; Junior, small group –“ Ləman qrupu” Ağstafa; Junior, formation- “Qarabağ qrupu” Ağcabədi; Rəqs şou kateqoriyasında: Baby show,solo –“Günəşim qrupu” Gəncə; Children, solo –“Zirvə qrupu” Çingiz Mustafayev adına mərkəz (Bədii rəhbər Natavan Musayeva) Baku; Junior, formation –“Qarabağ qrupu”Ağcabədi; Adults, solo-“ Jam SS qrupu” Baku; Adults, duet –“Jam SS qrupu” Baku; Adults, small group- “Jam SS qrupu” Baku; Folklor etnika kateqoriyasında: Children, solo –“Buta qrupu” Abşeron; Children, duet-“Zirvə qrupu” Çingiz Mustafayev adına mərkəz (Bədii rəhbər Natavan Musayeva) Baku; Children, small group –“Zirvə qrupu” Abşeron; Children, formation-“Zirvə qrupu” Çingiz Mustafayev adına mərkəz (Bədii rəhbər Emil Panahov) Baku; Junior, solo- “Zirvə qrupu” Abşeron; Junior, duet- “Zirvə qrupu” Abşeron; Junior, mini production- “Zirvə qrupu” Çingiz Mustafayev adına mərkəz (Bədii rəhbər Emil Panahov) Bakı.
Sonda Ə.Əzizov layihənin bütün iştirakçılarına minnətdarlığını bildirib.