Rejissor Fikrət Əliyev dəfn olunub

10 Baxış

Fikret_AliyevRejissor, əməkdar incəsənət xadimi FikrəƏliyev vəfat edib.

Rejissor Fikrət Əliyev dəfn olunub. APA-nın məlumatına görə, rejissor Əmircan qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb.

Dəfn mərasimində Mədəniyyət və Turizm Nazirliyinin rəsmiləri, C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının rəhbərliyi və kollektivi, mədəniyyət və incəsənət xadimləri iştirak edib.

Qeyd edək ki, F. Əliyev martın 8-də dünyasını dəyişib. O, xərçəng xəstəliyindən əziyyət çəkirdi.

F.Əliyev 12 dekabr 1939-cu ildə Bakıda anadan olub. 1966-cı ildə M.A.Əliyev adına ADİİ-nin aktyorluq fakültəsini, 1972-ci ildə Moskvada ÜDKİ-nin iki illik ali ssenari və rejissorluq kurslarını bitirib. 1966-cı ildən “Azərbaycanfilm” kinostudiyasında işləyib.

Rejissorluğa “Baladadaşın ilk məhəbbəti” filmi ilə başlayan F.Əliyev “Qızıl uçurum”, “Yuxu”, “Axırıncı dayanacaq” kimi filmlərin müəllifidir.

“Dəli Kür” filmində Şamxal rolunu ifa edib.

Allah rəhmət eləsin.