Hollandiya polisi Van Qoqun “The Harvest” adlı rəsmini satmaq istəyən 56 yaşlı kişini həbs edib.
O, əsli Amsterdam Muzeyində olan əsəri 15 milyon dollara satmaq istəyib. Polis mətbuata açıqlamasında fırıldaqçının bu təklifinə dünyanın bir çox ölkəsindən alıcı tapdığını deyib.
Qeyd edək ki, Van Qoqun 1888-ci ildə çəkdiyi “The Harvest” əsərində Fransanın Arles şəhərində yerləşən buğda tarlası əks olunub.