1,5 milyonluq rəsm əsəri diqqətsizliyin qurbanı oldu – VİDEO

46 Baxış

12

Tayvanda məktəblilərin rəsm sərgisində iştirakı qəza ilə nəticələnib.

Belə ki, şagirdlərdən biri məşhur rəssam Paolo Porporanın 350 illik “Çiçək” adlı əsərini diqqətsizlik ucbatından zədələyib.

Kamera görüntülərindən belə məlum olur ki, onun ayağı sürüşür, yıxılmamaq üçün əsərdən tutur.

Nəticədə 1,5 milyon dollar dəyəri olan rəsmdə yumruq boyda çapıq əmələ gəlir.

Muzey rəhbərliyi tablonu bərpa etməyə çalışacaqlarını bildiriblər.

 

 

 

 

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10