15 sentyabr Bakının Qurtuluş günüdür

12 Baxış

125605_3sdryx99v9

Bu gün Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri-qədim Bakımızın təkrar Azərbayacana qovuşduğu gündür.

1918-ci ilin əvvəllərində Azərbaycan torpaqlarının da daxil olduğu Rusiya imperiyasının mərkəzi şəhərlərində ciddi siyasi kataklizmlər başlanmışdı. Fevral ayında çar mütləqiyyəti devrildi. Lakin hakimiyyəti xalq kütlələrinin deyil, burjuaziyanın əlinə keçdi. Öncə hakimiyyət knyaz Lvov, az sonra eser Kerenski rəhbərlik etdi. Lakin bundan bolşeviklər ölkəboyu siyasi gərginliyi davam etdirirdilər. Hökumət mərkəzləşdirilmiş iqtidar və orduda vahid komandanlıq yarada bilmirdi. Bütün imperiya boyu xalqların milli azadlıq mübarizəsi başlanmışdı. Siyasi kataklizmlər Qafqazdan da yan keçmədi. Qafqazı türk müsəlman əhalisinin heç bir muxtariyyatı yox idi. Onlar imperiya tərkibində yaradılmış Bakı, Yelizavetpol (Gəncə), İrəvan quberniyasının tərkibində yaşayırdılar. 1918-ci ilin aprel-mart aylarında Bakını Azərbaycandan qoparmaq istəyən rus-erməni biləşmələri bölgədə qırğın törətdilər. Soyqırımı və məcburi köçürmədən sonra Bakıda türk müsəlman əhalisinin sayı azaldı, şəhər erməni-rus ittifaqı olan Bakı Sovetinin əlinə keçdi. Neftlə zəngin Abşeron torpaqlarının, Bakı şəhərinin ələ keçirilməsi, “aqrar Azərbaycandan” alınması rus şovinistlərinin köhnə planı idi. Onlar bu planı xain ermənilərin əli ilə gerçəkləşdirməyə çalışırdı. Belə bir fürsət 1918-ci ildə ələ düşmüşdü. Lakin Azərbaycanın milli qüvvələri bu bədnam plana razı deyildi. 1918-ci ilin mayın 18-də Tiflisdə böyük Məhəmməd Əmin Rəsulzadənin öndərliyi ilə Şərqdə ilk müstəqil demokratik dövlət yaradılmış-Azərbaycan Xalq Cümhuriyyəti elan edilmişdi. Milli hökumət iyun ayında Gəncəyə köçdü. Qarşıya qoyulan ilk məqsəd Bakının rus-erməni birləşmələrindən azad etmək və paytaxtı ora köçürmək idi.

Lakin mlii hökumətin hərbi günü yetərincə deyildi.

Tarixin bu çətin dönəmində yenə yardıma qardaş Osmanlı Türkiyəsi gəldi. Hərbi nazir Ənvər Paşanın əmri ilə yaradımış Qafqaz İslam Ordusu Azərbaycan xalqının imdadına yetişdi. Cümhuriyyət hökuməti ilə Osmanlı dövləti arasında imzalanmış sazişə uyğun olaraq Nuru Paşanın rəhbərlik etdyi Qafqaz İslam ordusu Azəraycanın ərazi bütövlüyünün təmin edilməsində AXC hökumətinə yardım etdi. 12-14 minlik Qafqaz İslam ordusu Azərbaycan və Dağıstan müsəlmanlarının qoşulması ilə 20 minlik şəxsi heyətə malik olmuşdu. Uğurlu yaz-yay əməliyyatlarından sonra ordu və Azərbaycanın milli qüvvələri Bakı civarına yetişdi. Həlledici döyüşdə rus-erməni birləşmələrinə qalib gələn Qafqaz İslam Ordusu Bakını xilas etdi. Xilaskar ordu sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil oldu. Şəhər erməni-bolşevik işğalından azad edildi. Bununla da həm Azərbaycanın müstəqilliyi təmin olundu, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyuldu.

Bu möhtəşəm qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncə şəhərindən Bakıya köçürüldü.

O zaman türk ordusunun Bakını bolşevik-daşnak işğalından azad etməsi şəhərdə əsl bayrama səbəb olmuşdu. Məşhur milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev türk ordusunun şərəfinə təntənəli ziyafət təşkil etmişdi.

Qafqaz İslam Ordusunun zəfər yürüşü zamanı itkilər də oldu. İslam ordusu Bakının azad olunması üçün həyata keçirdikləri hərbi əməliyyatlarda 1130 şəhid vermişdi.

Azərbaycan xalqı dar gündə köməyə yetişmiş türk hərbçilərini hər zaman sayğı ilə yad edir. Azərbaycan növbəti dəfə müstəqillik qazandıqdan sonra hər il sentyabrın 15-də təkcə Bakıda deyil, Şamaxıda, Göyçayda və digər rayonlarda ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan türk əsgərlərinin məzarları ziyarət olunur. Hər il Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk Şəhidliyi” abidəsi önündə anma mərasimi keçirilir.

Allah Bakının xilası zamanı canını fəda etmiş bütün şəhidlərimizə rəhmət etsin.

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10