“Gözlərimdən Düşən Qadın”

402 Baxış

İlqar Vahidİlqar Vahid 

“Gözlərimdən Düşən Qadın”
Gözlərimdən düşən qadın, söylə çox əzildinmi?
Sən onun yanında da məndəkitək sevildinmi?
Baxdınmı dayanmadan sən onun da gözlərinə?
Toxundunmu söyləginən mənimkitək əllərinə?
Bir deginən kiçiklikdən gözlərində sezildinmi?
Ey vəfasız söyləginən, həsrətdən heç bezirdinmi?

Aldımı duman çən gözlərinin qarşısını?
Xatırlayıb bircə anlıq insanların yaxşısını?
Dedinmi biri vardı, üz-gözündə qürur, vüqar,
Düşündünmü neyləyəcək məni görsə bir gün İlqar?
Düşündünmü onla birgə keçdiyim küçələrdən,
Sübhə qədər danışdığım o qaranlıq gecələrdən,
Görən qalan xatirədə toxunulmaz olan nədi?
Görən niyə onun eşqi bəs bu qədər yerə endi?

İndi məni xatırlama, istəmirəm bircə anda.
Bir az abır həya olar anlagınan bir insanda.
Hər gün səsni eşidəndə ürəyim də döyünərdi,
Mən görüncə gül üzünü həyəcanım bilinərdi.
Amma indi istəmirəm görüm yenə mən üzünü,
Mən etmədim özün etdin, ucuz tutdun sən özünü.
Xatirələr xatırlanır, əslində də məna budur,
Xatirədə qalan qadın sən deyilsən, sanki odur.

O qadın ki, zirvələrə qalxmış idi gözlərimdə,
O qadın ki, vəsf edirdim onu hər an sözlərimdə.
O qadın ki, duruşunda, baxışında sevgi vardı,
O qadın ki, ürəyini zənn et bir gün şeytan sardı.
O qadın ki, pak və təmiz billur kimi parlaq idi,
Sənin kimi qadınlardan hər gün qalaq-qalaq idi.

Bir gün gəldi tanımadım qarşımdakı o qadını
Bir baxışda silmiş idi həm əhdini, həm andını.
Sən olmuşdu bir baxışda o qadın.
Sevgi ilə baxar oldu, gözlərinə indi yadın.

O sevgi ki, andımızın, əhdimizin şahidiydi,
O sevgi ki, yer üzündə ondan bizdə vahid idi.
Zənn edirdik heç kimsədə yox idi bu məhəbbətdən.
Sevgimizdə nə var idi sanki başqa ülviyyətdən?
Amma varmış sevgimizdə sevgidən də qeyri hər şey,
Bir əsməklə heç elədi eşqimizi sanki külək.

Sənin kimi mən birini görən necə  sevmiş idim?
İblistəkin bir qadını mənsə mələk bilmiş idim.

O gün mavi xəzər məni yalnız görüb coşub-daşdı,
Dediklərmi eşidəcək bir balaca o da çaşdı.
İlk görüşdə dənizdə biz and vermişdik eşqimizə,
Heç kəs xələl gətirməsin Dərya kimi sevgimizə.

Amma əhdi peymanı da pozan elə özün oldun.
Gül tək açıb gül bağında, elə gül kimi soldun.

İnanırsan sənə qarşı nə sevgi, nə nifrətim var?!
Elədiyin alçaqlığa ağzı açıq heyrətim var!
Olan olub, keçən keçib, unutmuşam mən də daha,
Bir də girməm and verirəm sevgi adlı bu günaha!!!