17 dəfə dəfn edilən ABŞ prezidenti – Araşdırma

27 Baxış

fg69676927.jpg

 

Aprelin 15-i bəlkə də ən məşhur Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Avraam Linkolnun anım günüdür. 

Senet.az, parafraz saytına istinadən Avraam Linkoln haqqında maraqlı faktları təqdim edir:

 

Amerikada qullara azadlıq verən, Birləşmiş Ştatların milli qəhramanı hesab olunan Avraam Linkoln 1809-cu il 12 fevral tarixindən Kentukkidə anadan olub.
Kasıb fermer ailəsində böyüyən Linkoln uşaqlıqdan çətin əməklə məşğul olub. Ailəsinin maddi sıxıntılarına görə, məktəbə sadəcə bir il gedib, lakin yazmağı öyrənir və kitablara böyük maraq göstərir. Böyüdükdən sonra bir neçə işdə çalışmağa başlayır: poçtalyon, odunçu, ovçu və s.
Bir neçə tarixi mənbə onun ali təhsil almadığını, yalnız “Bibliya” ilə “Robinzon Kruzo”nu oxuduğunu qeyd edir. Həddi buluğa çatdıqdan sonra Linkoln öz üzərində çalışır, imtahan verir və vəkillik praktikası keçmək hüququ əldə edir. Hinduların İllinoysda üsyanı ərəfəsində kapitan rütbəsi alır, lakin döyüşlərdə iştirak etmir. Həmçinin, İllinoysda Qanun Yığıncağının üzvü, ABŞ Konqresinin təmsilçisi idi. Çıxışlarında Amerika-Meksika müharibəsi əleyhinə danışırdı.
1858-ci ildə ABŞ senatorluğuna namizəd olsa da, seçkilərdə məğlub olur. Yeni ərazilərdə quldarlığın yayılmasının əleyhdarı kimi, Respublikaçılar Partiyasının namizdələrindən biri seçilir, 1860-cı ildə prezident olur. Andiçmə mərasimindəkı çıxışında ölkəni birləşməyə çağırsa da, baş verən konfliktin qarşısını ala bilmir. Onun prezidentliyi Amerikada iqtidarının güclənməsinə və quldarlığın sonuna səbəb olur.
Linkoln rəqiblərilə kompromisə gələrək məqsəd üçün çalışmağa müvəffəq olur. Güclü orator idi. Nitqi hər zaman şimallıları ruh yüksəkliyinə sövq edirdi.
Vətəndaş müharibəsinin sonlarına yaxın Avraam Linkoln qisasdan imtina kimi islahatı düşmənlərini daha da qəzəbləndirdi. 1865-ci ilin aprel ayının 14-də Linkoln teatr tamaşası zamanı ölümcül yaralanaraq ilk sui-qəsd nəticəsində öldürülən ABŞ prezidenti kimi tarixə düşdü.
Aparılan sosial sorğunun nəticəsi onu göstərir ki, bugünədək də Avraam Linkoln Birləşmiş Ştataların ən sevimli prezidenti olaraq qalır. Baxmayaraq ki, prezidentliyi dönəmində ən sərt tənqidə məruz qalan iqtidar olub. Həyatı haqqında bugünədək də bir sıra maraqlı faktlar gün üzə çıxıb. Bu  faktları nəzərinizə çatdırırıq.
ABŞ prezidenti olmazdan öncə Linkoln 18 dəfə namizədliyini irəli sürmüş, məğlubiyyətlə üzləşmişdi. Həyatı rəngarəng illustrasiyalarla, fenomenal uğurlarla zəngindir. 1831-ci ildə müflis elan olunur. 1832-ci ildə öz ştatının Qanunlar Palatasında seçkilərdə məğlub olur. 1834-cü ildə yenidən seçkilərdə məğlub olur, müflis elan edilir. 1835-1836-cı illərdə mənəvi böhran, əsəb gərginliyi keçirərək uzun müddət müalicə alır. 1838-ci ildə növbəti seçkilərdə məğlub olur. 1843, 1846, 1848-ci illərdə ABŞ, Konqresinə olan seçkiləri uduzur. 1855-ci ildə Senata seçkiləri uduzur.1856-cı ildə ABŞ-da vitse-prezident seçkilərində məğlub olur. 1858-ci ildə Senat seçkilərində yenə uduzuz. 1860-cı ildə ABŞ prezidenti seçilir.
Avraam Linkoln hündürboylu (193 sm) olub, hər zaman başında olan şlyapası isə uzunluğuna bir neçə düyüm də əlavə edirdi. Şlyapanı yalnız moda üçün deyil, həm də vacib məktubları, pullarını saxlamaq üçün istifadə edirdi.
Yüksək siyasi biliklə yanaşı yumor hissi də güclü olub. Bir diplomat ondan soruşub ki, cənab Linkoln, niyə ayaqqabılarınızı özünüz təmizləyirsiniz? O isə cavabında “bəli, özüm edirəm, bəs siz kimin ayaqqabılarını təmizləyirsiniz?” – deyir.
Linkoln sadə vəkil olduğu dönəmdə ABŞ tarixinə düşən hadisə baş verir. Belə ki, məhkəmə zalına daxil olduqda katiblərin birinə qarşılaşdığı gülməli əhvalatı danışır. Katib əhvalatı eşidəndə yüksək səslə gülür. Bu zaman hakim onu 5 dollar məbləğində cərimə edir. Məhkəmə zalında iştirakçılardan üzr istəyərək cəriməni ödəyir. Linkolnun ona danışdığı lətifədən bu qədər güldüyünün səbəbini də açıqlayır. Məhkəmədən sonra hakim Linkolnu yanına çağıraraq həmin lətifəni soruşur. Özü də lətifəyə gülərək cərimələdiyi katibin pulunu geri qaytarır. Təəssüf ki, lətifə dövrümüzə gəlib çatmayıb.
Linkolnun oğlu Robert Linkolnla daima maraqlı hadisələr baş verirdi. Onun yanında ABŞ-ın 3 prezidentinə sui-qəsd olub. Atası, sabiq prezidentlər Qarfild və MakKinli. Son hadisədən sonra dövlət tədbirlərinə getməkdən imtina edir.
Robert haqqında digər maraqlı fakt isə belədir: onu qatar qəzasından atasının qatilinin qardaşı Edvin But xilas edib.
Linkoln Allaha inansa da, dinə inamırdı. Kilsədə heç vaxt dua etməyib. Hər zaman bildirirdi ki, yaxşı olardı, tərəfdaşları Allahın tərəfində olardılar, kilsənin yox.
Deyilənə görə, Linkoln qara qüvvələrə çox inanırdı. Həyat yoldaşı ilə birgə ölmüş uşaqlarıyla əlaqə yaratmaq üçün seanslar keçirib. Çoxları Linkolnun mistik bacarıqlarının olduğuna inanırdılar. Ölümündən bir həftə öncə yuxuda öldürüldüyünü gördüyünü deyib.
Prezident 1865-ci ildə teatrda tamaşa izləyərkən Con Uilksom But tərəfindən öldürülüb. Qatilinin yatdığı yataqda can verib.
Linkolnun cəsədi 17 dəfə dəfn edilib. Bu, ya qəbrin yenilənməsi, ya da təhlükəsizlik baxımından həyata keçirilirdi.  Ancaq 36 il sonra, 1901-ci ildə onun nəşi rahatlıq tapır. Ruhunun Ağ evdə dolanması ilə bağlı inanaclar mövcuddur.
 
Zeynəb ƏKBƏR