17 gündə 15 tamaşa nümayiş olundu

13 Baxış

olmasin

I Avropa Oyunları çərcivəsində Musiqili Teatrda 15 tamaşa nümayiş olunub.

Bu barədə Senet.az-a açıqlamasında teatrın direktoru direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev Senet.az-a açıqlamasında məlumat verib. O, 11-28 iyun tarixlərində 15 müxtəlif tamaşa ilə xarici qonaqların qarşısına çıxdığını bildirib. Tamaşalar Azərbaycan və rus dilləri ilə yanaşı, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ingilis dilinə tərcümə olunaraq tərcümə sətirlər – qaçan titrlər vasitəsilə əcnəbilərə təqdim olunub.

Bu müddət ərzində  “Ər və arvad”, “O olmasın, bu olsun” (Ü. Hacıbəyli), “Skapenin kələkləri” (J.B. Molyer), “Kimdir müqəssir?” (Ə. Haqverdiyev), “Talelər qovuşanda” (R. Hacıyev, F. Zöhrabov), “Fransızsayağı qarnir” (M. Kamoletti) və başqa tamaşaları ümumilikdə dörd mindən çox tamaşaçı izləyib. Bu tamaşaçılar arasında Macarıstan, İtaliya, Almaniya, Kipr, Türkiyə, Rusiya Federasiyası, İngiltərə, İspaniya, Moldova, Polşa, Bolqarıstan, Danimarka, Fransa, Ukranya və başqa dövlətlərdən gəlmiş əcnəbilər də olub. Həmin günlərdə nümayiş olunan uşaq tamaşalarında da – “Düyməcik” (Q.X. Anderson), “Qırmızı papaq” (E. Sabitoğlu, Y. Şvarts), “Bir dayan canavar” (R. Ağayeva, A. Xayt, A. Kurilyanski) qonaqların xüsusi marağına səbəb olub.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10