Şəhriyarın “Heydərbabaya salam şeirinə” nəzirə: “Yağlıdərə, gül-çiçəyin açanda” – Kənan Qazi

134 Baxış

15820254_10209090964523636_61916685_n

 

Senet.az oxucularına Kənan Qazinin, Məmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam şeirinə” nəzirə olaraq yazdığı “Yağlıdərə, gül-çiçəyin açanda” şeirini təqdim edir. 

 

Kəpənəhlər güldən-gülə uçanda,
Quzuların öynəxlaşıb qaçanda
Biz də bəxıb sevinərdıx,gülərdıx,
Vətən nədi,torpəx nədi bülərdıx.

Əxşam,Niyaz mal-qarani yığardi,
Qız-gəlinnər inəhləri səğardi,
Gecəquşi həzin layla çalardi
Ayılanda sərin səhər mehində,
Deyərdin ki,ölüm qalım bu yerdə.

Dağkeçisi “Haça daş”-i aşanda,
İSMAYILIN səsi gəldi o yanda,
Bulax üstə ocəx çattıx bir anda
Deyə-gülə şişlər közə düzüldi,
“Tut suyu”-nnan əlli-əlli süzüldi.

Məzirədə toy olanda bülərdıx,
Küləy gələn səmtə quləx verərdıx,
Öynüyəni havasınnan sezərdıx
Usta ZÜLFÜ toy-büsatın tacıydi,
Əli Dadaş da çox öynəməx acıydi.

Ay ki,batdı Qurdun gözü alışdi,
Gah “Mok”-da,gah “Ardışlı”-da ulaşdi,
Sürü hürküb pəyə boyi qaçışdi
NƏCƏF dayı səhərəcən yatmadi,
Çöldə qalan danasını tappadi.

Üstüpüdən bir şerliy yol gələn,
“Pirbuləx”-da süfrə açıb dincələn,
Nobatdakı NİZAMİYƏ səslənən
O, kimdisə el-obasın sevəndi,
Çörəyini dostlarinan böləndi.

At-ulaxlar bu get-gəldən yorulub,
Ot dərizi dördər-dördər vurulub,
FİKRƏTgilin dizləri suluxluyub
Çox yük vursan at “Dərbənd”-i keçəmməz,
Dərz dağıldi bir də ələ gələmməz.

FƏTALI əmi hər bir işdə ustadı,
Astagəldi, söz-söhbəti bal dadır,
Qonəxlara əmliy quzu saxladı
Kələkidən ALMURADgil gəldilər,
Yeyib-içib, kəfşənnəri gəzdilər.

Biri-onda ƏBÜLFƏZ məllimiydi
Qız-gəlinə məhrəmiydi,Bəy iydi
Məmləkətin,elin ELÇİBƏYİYDİ
Doymamışam söhbətinə,sözünə
Baş qoymuşam yoluna-irizinə

Şəhidlərin məzarları yan-yana,
Qurban getdi anam Azərbaycana,
ƏLİQULUDAN ,ÜZEYİRDƏN,KAZIMDAN
Qalan düzlər, qalan dağlar bizimdi!
Onlar getdi, qalan sağlar bizimdi!

YAĞLIDƏRƏ,çox oğullar görmüsən,
Yaman gündə ərxamızda durmusan,
Yad izləri torpəğınnan silmisən
Qazi getsə,sən haqqını həlal et!
Bizdən sənə bu, oba-el əmanət!

Bölmə : Bölməsiz
KÖŞƏ YAZARLARI
TOP 10