Dünyanın hər tərəfindən 20 ölkənin qadın problemi 20 qadın rəssam tərəfindən ölümsüzləşdirilib. Hər sənətçinin “bir ölkə və bir problem”ini ortaya qoyan layihənin yaradıcı tərəfini Əli Ömrür Ulusoy, sənət rejissoruluğunu isə Nesli Meric Sanioğlu boynuna götürüb. Senet.az oxucularına bu maraqlı araşdırmanı təqdim edir.
1. Fransa
Modanın mərkəzi olaraq görülən Fransa, əslində 90-60-90 məcburiyyətinin qəlbi hesab edilir. Müəllif: Roysi Partamilo

2. Somali
Ölkə doğuş zamanı ölən qadınların çoxluğu ilə birinciliyi öz üzərinə götürür. Müəllif: Merve Atılgan
3. Çin
İzdihamlı əhalisinin da təsiriylə təcavüzün sərnişin daşımaya qədər düşdüyü və “fordçuluğun” adi hal aldığı bir ölkə. Müəllif: Ekin Büyükşahin
4. İngiltərə
Modernist düşüncənin yanında, İngiltərə iş həyatında qadınlara ən çox psixoloji təcavüzün edildiyi bir yerdir. Müəllif: Yağmur Latrak
5. Suriya
Döyüşün ən şiddətli şəkildə getdiyi ölkədə, qadınların ən böyük problemi təbii ki, qaçqın olmaqdır. Müəllif: Şeima Palabıyık
6. Konqo
Qadın təcavüzünün paytaxtı, eyni zamanda ən çox qadın cinayətinin törədildiyi ölkələrin önündə gedir. Müəllif: Emine Sarıbelen
7. İran
Ölkədə təəssüf ki, rəcm (daşlayaraq öldürmə) cəzası hələ də tətbiq olunur.Müəllif: Seda Mit
8. Yaponiya
Ölkədə, 17-ci əsrdən bəri “Geyşa” mədəniyyəti davam etdirilir.Müəllif: Ayla Angın
9. Efiopiya
Qadın sünnəti vəhşiliyi adi hadisə olaraq, ölkədəki varlığını əsrlərdir, qorumaqda davam edir.Müəllif: Dilek Mansur
10. Sudan
Bir çox ölkənin ortaq problemi olan uşaq, gəlin təcavüzü, burada rekord səviyyəyə çatmış vəziyyətdədir.Müəllif: Burcu Ayaroğlu
11. Hindistan
Ölkədə hər gün 2 000 körpə cinsiyyətinin qız olduğuna görə ana bətnindəcə öldürülür.Müəllif: Candan Topuz
12. Əfqanıstan
Ölkədə bir kişinin 4 qadınla birdən evlənməsində heç bir problem yoxdur. Müəllif: Şengül Altınok
13. Yəmən
Ölkədə qadınların böyük bir kütləsi oxuma-yazma bilmir. Qız uşaqları üçün məktəbə getmək isə xəyaldır.Müəllif: Hazal Sarısaltuk
14. Pakistan
Ölkədə hər gün onlarla qadın namus və adət-ənənə cinayətinin qurbanı olur.Müəllif: Melek Müəllif
15. Misir
Artıq cinsi təcavüz ölkədə cinayət sayılmağa başlanılsa da, bunun nə qədər təsirli olduğu sual altındadır. Müəllif: Çiğdem Şimşirli
16. Tunis
Ölkədə ödəniş bərabərsizliyi həddi keçir. Qadınların ödənişi, kişilərin haqqının yalnız dörddə üçü qədərdir. Müəllif: Esin Karabenli
17. ABŞ
Amerikada qadınların və uşaqların yüzdə 25-i ailə içi şiddətə məruz qalır. Ancaq polis bu hadisələrin çoxundan bixəbərdir.Müəllif: Ebru Kuduoğlu Çetinkol
18. Norveç
Qadın və kişi eyni sözlərlə danışsa da, bu sözlər çox vaxt eyni mənalara gəlmir. Və şiddətə məruz qalan tərəf təbii ki, qadın olur.Müəllif: Birsen Küpeli Kara
19. Küveyt
Ölkədə cinsi şiddəti qadağan edən bir qanun olmadığı kimi, ailədaxili təcavüz də cinayət sayılmır. Müəllif: Merve Evren
20. Tayland
Seks turizminin paytaxtı, eyni zamanda uşaqların seks işçisi kimi işlədildiyi ən qabaqcıl ölkədir. Müəllif: Ecem Hatipoğlu
Müəllif: Rasim Həmidi
Mənbə: qafqazinfo.az