“20 Yanvar Şəhidləri” – Şeir

15 Baxış

012100025285

Bax gör necə aludə olub qanə şəhidlər,
Şahid gedəcək bu gecə Qurana şəhidlər!

Sübhdən çıxalı evlə vida eyləməyən var,
Tanrım, sönə düşmənin evindəki çıraqlar!
Güllə səsi tutmuş bu gecə xeyli qulaqlar
Bir-bir tökülür xəzreyi ümmanə şəhidlər!

Kaş ki, Bakıda ol gecə al qanı görəydin,
Asfalta yıxılmış neçə cavanı görəydin,
Əlində tutmuş əsləhə şeytanı görəydin,
Onda bilərdin ki, yetir canə şəhidlər!

Bəzi ananın tək çırağı söndü o axşam,
Şəhidlər necə hicr oduna yandı o axşam,
Hürriyəti insan balası dandı o axşam,
Zülfünə çəkib qırmızı şanə şəhidlər!

Ovundura bilməz bir nəfər şəhid atasın,
Yadına salar İbrahimin  kuhi minasın,
Əflakə çəkər ahu fəqan darı nəvasın
Qəlblər soyulur hər gecə viranə şəhidlər!

Şəhid anası gəzmə belə gül sorağında,
Hicranə yanırsan qalırsan gül fərağında,
Baş əymədilər ol yağı düşmən qabağında,
Zülm olsada can verdilər mərdanə şəhidlər!

Oldu Bakıda Kərbibəla tufanı Allah!
Ağlamağ olub millətimin hər anı Allah!
Güllər səpilib yollara minlər sanı Allah!
Göz yaşı axır guşeyi xiyabana şəhidlər!

Yaz Dost Əli ol qəmli-kədərli gecələrdə,
Göz yaşlı ürək odlu qəhərli gecələrdə,
Zülm ilə keçən qarə zəhərli gecələrdə,
Bil daxili cənnətdi rizvanə şəhidlər!

20 yanvar hadisələrinin iştirakçısı Qarabağda şəhid olmuş  Dost Əli (İmişli)

Bölmə : Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10