2016-cı il üçün Nizami Gəncəvi adına Qızıl medal müsabiqəsi elan olunub

23 Baxış

Nizami medalıAMEA Rəyasət Heyətinin dünənki iclasında Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalına 2016-cı il üçün müsabiqə elan edilməsi barədə qərar qəbul olunub.

Qızıl medala namizədlər AMEA-nın həqiqi və müxbir üzvləri, AMEA-nın elmi bölmələri, elmi-tədqiqat və ali təhsil müəssisələrinin elmi şuraları, elmi cəmiyyətlər, nazirlik və dövlət komitələri yanında fəaliyyət göstərən elmi-texniki şuralar tərəfindən irəli sürülə bilər. AMEA-dan verilən məlumata görə, namizədlər haqqında təqdimatlar, müvafiq sənədlərlə bilikdə cari il martın 18-dək AMEA prezidentinin 31 mart 2014-cü il tarixli sərəncamı ilə yaradılmış Ekspert Komissiyasına təqdim edilməlidir. Ekspert Komissiyasının qiymətləndirməsindən sonra iddiaçılar sırasından 2016-cı il aprelin 1-dək Qızıl medalla təltif ediləcək namizədlərin seçilməsi və onlar haqqında müvafiq rəylərin AMEA Rəyasət Heyətinə təqdim edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Nizami Gəncəvi adına Qızıl medalı ilə AR vətəndaşları və əcnəbilər ildə bir dəfə mühüm fundamental və tətbiqi elmi nəticələrə, əsərlərə, kəşflərə, ixtiralara, habelə elmin inkişafında xüsusi xidmətlərə görə təltif edilirlər. AR Prezidenti İlham Əliyevin  27 iyun 2014-cü il tarixli Fərmanının 2-ci bəndinə əsasən Nizami Gəncəvi adına Qızıl medalı ilə təltif etmək səlahiyyəti AMEA Rəyasət Heyətinə verilmişdir.

Bölmə : Sənət xəbər