2017-ci il “Türk dünyasının mədəniyyət paytaxtı”

7 Baxış

beyanname_011216__(3)

Dekabrın 1-də Şəkidə keçirilən TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının 34-cü toplantısına yekun vurulub.

Mədəniyyət və Turizm Nazirliyindən Senet.az-a verilən məlumata görə, toplantı çərçivəsində qəbul olunan qərarlar və yekun bəyannamə imzalanıb.

İmzalanma mərasimindən sonra 2017-ci il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” Qazaxıstanın Türküstan şəhərinin seçildiyi elan olunub.

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “Türk dünyasının mədəniyyət paytaxtı” layihəsinin rəmzlərini Qazaxıstan nümayəndəsinə təqdim edib.

Bölmə : Sənət xəbər