21 aprel Hədəf Kurslarına TƏQAÜD-GÜZƏŞT imtahanı günüdür!

7 Baxış

teqa

TƏQAÜD-GÜZƏŞT imtahanında orta məktəbin Azərbaycan və rus bölməsi olmaqla VIII-IX-X sinif şagirdləri iştirak edə bilər. İmtahanın keçiriləcəyi məntəqələr Bakı, Sumqayıt və Xırdalan şəhərlərini əhatə edir. TƏQAÜD-GÜZƏŞT imtahanında iştirak etmək üçün Hədəf Kurslarının müvafiq filiallarına yaxınlaşaraq imtahana buraxılış vərəqini əldə etmək lazımdır. 17 aprel son qeydiyyat tarixidir.TƏQAÜD-GÜZƏŞT imtahanında iştirak edən hər bir şagird güzəşt faizi qazana bilər. Belə ki, imtahanda iştirak edən şagird növbəti tədris ilində Hədəf Kurslarında Ali məktəbə hazırlaşmaq istəyərsə, topladığı bala əsasən aşağıdakı güzəşt faizlərimizdən yararlanır:

651-700 – 100%

601-650 – 70%

551-600 – 50%

451-550 – 30%

351-450 – 25%

201-350 – 15%

Biliyinə inan, HƏDƏFİNİ seç, TƏQAÜD qazan!

TƏQAÜD-GÜZƏŞT imtahanında yüksək bal toplayan 56 şagird təqaüd əldə edəcək. Təqaüd Azərbaycan və rus bölməsi ayrı-ayrı olmaqla hər filial üzrə qrup liderinə veriləcək. Azərbaycan bölməsi üzrə 36, rus bölməsi üzrə 20 şagird TƏQAÜD yarışında qalib ola bilər. Belə ki, Azərbaycan bölməsi üzrə Hədəf Kurslarının 9 filialının hər birində 4 şagird (9 × 4 = 36), rus bölməsi üzrə 5 filialımızda tədris olduğu üçün hər birində 4 şagird (5 × 4 = 20) TƏQAÜD qazana biləcək.

Qeyd: Təqaüd veriləcək şagirdin topladığı bal 650-dən az olmamalıdır. Təqaüdün məbləği 50 AZN-dir.

Bölmə : Manşet
ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10