21 aprel – “Oxu Günü”dür

157 Baxış

oxugunu

Aprelin 21-də saat 15.00-da Heydər Əliyev Mərkəzində “Oxu Günü” keçiriləcək.

“Oxu Günü”nün məqsədi yeniyetmə və gənclər arasında mütaliə mədəniyyəti və oxu vərdişinin inkişafı, kitaba marağın artırılmasına yönəlib.

Tədbir Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi, “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının, Azərbaycan Respublikasının Gənclər Fondu və “Hədəf Nəşrləri”nin tərəfdaşlığı ilə reallaşacaq.

“Gəlin birgə oxuyaq!” şüarı altında təşkil olunacaq “Oxu Günü”nə tanınmış yazıçı və şairlər dəvət olunub. Tədbir iştirakçılarının yazarlarla görüş və kitablarını imzalatmaq imkanı olacaq.


“Oxu Günü”ndə, həmçinin paytaxtın müxtəlif ümumtəhsil məktəb və liseyinin şagirdləri təqdimatlarla çıxış edəcəklər. Məktəblilərin iştirakı ilə ayrı-ayrı əsərlərin müzakirələri aparılacaq, pantomim tamaşa, kitabların fərdlər üzərində əhəmiyyətini vurğulayan səhnəciklər, “flaşmob” və digər təqdimatlar olacaq.


Tədbir çərçivəsində bədii-elmi kitabların sərgisi də keçiriləcək. Nəşrlər iştirakçılara həm ödənişsiz paylanılacaq, həm də güzəştli şərtlərlə satılacaq.


Qeyd edək ki, “Oxu günü” layihəsinin ideya müəllifi f.ü.f.d., dos Şəmil Sadiqdir.

“Oxu Günü” tədbirinə giriş sərbəstdir.

Bölmə : Bölməsiz, Manşet
ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10