İyunun 1-də Bakı Xətai Sənət Mərkəzində “Uşaqları sevək” adlı rəsm sərgisi açılacaq.
Senet.az xəbər verir ki, “İslam Həmrəyliyi İli” çərçivəsində təşkil ediləcək sərgi Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunacaq.
Sərgidə 100-dən çox balaca fırça ustalarının 150-dək sənət əsəri nümayiş ediləcək.
Birgünlük sərginin kuratorları gənc rəssamlar – Elnurə və Aygün İsgəndərovalardır.