Edqar Lourens Doktorou – Şairlərin həyatı

13 Baxış

sayt-sairlerin-heyati

Povest

Tərcüməçi: Vidadi Rzayev

Redaktorlar: Safruh, Xan Rəsuloğlu

Naşir: Müşfiq XAN

Korrektor: Asifə Əfəndi

Mətn tərtibatı: Fərman İsgəndərzadə

Texniki redaktor: BəxtiYar

Dizayn və qrafika: Tamerlan İsmayılzadə

Səhifə sayı: 104

Qiymət: 4.8 manat

Bir çox nüfuzlu mükafatların – ABŞ Milli Ədəbiyyat Mükafatı (1986), “Faulkner” Mükafatı (1989),  “William Dean Howells” Medalı (1990) sahibi amerikalı yazıçısı Edqar Lorens Doktorou 1931-ci ildə Bronksda (Nyu-York) yəhudi immiqrant ailəsində doğulmuşdur.

Dünya şöhrətli yazıçının “Reqtaym” (“Ragtime”), “Danielin kitabı” (“The book of Daniel”), “Ümumdünya sərgisi” (“World’s Fair”), “Şairlərin həyatı” (“Lives of the Poets”) və başqa əsərləri dünyanın bir çox dillərinə tərcümə edilmişdir.

Ayrı-ayrı zamanlarda Amerika kino və televiziya kompaniyası olan “Columbia Pictures”də ssenari şöbəsində, “Yeni Amerika Kitabxanası”nda və “Dial Press” nəşriyyatında baş redaktor vəzifələrində işləmişdir. 1969-cu ildən sonra isə özünü bütövlüklə yaradıcılığa həsr edən Doktorou ara-sıra bəzi ali məktəblərdə mühazirələr oxumaqdan da vaz keçmədi.

Doktorounun romanlarından üçü ekranlaşdırılmışdır (o cümlədən “Danielin kitabı”). Ən məşhur romanı isə “Reqtaym”dır.

Yazıçı 2015-ci ildə 84 yaşında ağciyər xərçəngindən dünyasını dəyişmişdir.

KÖŞƏ YAZARLARI
TOP 10