Oktyabrın 9-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında gənc yazar Pərvin Nurullayevanın “Səhnə” kitabının təqdimatı keçiriləcək.
Teatrdan Senet.az-a bildirilib ki, tədbirdə teatrşünasların yeni nəşrlə bağlı fikirləri dinləniləcək.
Müəllifin müxtəlif tamaşalara resenziyalarının, sənət adamları ilə söhbətlərinin, pyeslərinin, müasir teatrın problemləri, uğurları ilə bağlı fikirlərinin yer aldığı kitab haqqında geniş məlumat veriləcək.