“Oxu Günü”nün keçiriləcəyi məkan dəyişdi

1199 Baxış

oxugunuposter (1) 25 aprel “Oxu günü”nün keçiriləcəyi məkan dəyişdirilib. Nərimanov rayon Dədə Qorqud parkında keçirilməsi nəzərdə tutulan tədbir, iştirakçıların rahat gəliş-gedişini  təmin etmək üçün Binəqədi rayon Heydər Əliyev istirahət parkına keçirilib. 25 aprel saat 12:00-da  Heydər Əliyev istirahət parkında “Oxu günü” nün açılış mərasimi baş tutacaq.  

Mütaliəyə diqqətin artırılması məqsədilə keçirilməsi nəzərdə tutulan “Oxu Günü” ədəbiyyata marağı olan hər kəsdə kitab bayramı abu-havası yaşadacaq. Belə bir layihəni həyata keçirməkdə məqsəd yeniyetmə və gənclər arasında oxu vərdişlərinin inkişaf etdirilməsi, mütaliəyə marağı daha da artırmaq, kitabın gündəlik həyatımızın bütün sahələrinə daxil edilməsinə nail olmaqdır. Gələcəkdə Respublikamızın bütün bölgələrində həyata keçirilməsi nəzərdə tutulan “OxuGünü” layihəsi bu il ilk dəfə olaraq Bakı şəhərində reallaşacaq.

Layihənin ideya müəllifi və rəhbəri f.ü.f.d., dos. Şəmil Sadiqdir.

Azərbaycan Respublikası Təhsli Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti və Hədəf Nəşrləri MMC-nin təşkilatçılığı ilə həyata keçirilən “Oxu Günü” layihəsinə Azərbaycan Yazıçılar Birliyi, Binəqədi rayon gənclər və İdman İdarəsi, Binəqədi rayon YAP Gənclər Birliyi, Medika Hospital, Hədəf Kursları, Kitabevim.az kitab mağazaları şəbəkəsi,  İctimai Televiziya və Radio Yayımları Şirkəti, Senet.az ədəbiyyat və sənət dərgisi kimi təşkilatlar da dəstək verir.

“Oxu Günü” layihəsinə aid olan şüar, çağırış və addımlar:

1. 25 apreldə sən də oxuduğun kitabı özünlə gətir, “Oxu Günü”nə qatıl;

2. Sən də feysbukda (instagramda, tviterdə) oxuduğun kitabla birlikdə selfini paylaş, fikrini yaz “Oxu Günü”nün mütaliə ulduzlarısiyahısına düş;

3. Sən də oxuduğun kitabla “Gəlin birgə oxuyaq” şüarını maraqlı tərzdə videoya çəkib bizə göndər və yüzlərlə məşhur insandan biri olmaq şansını qazan;

4. Layihədə iştirak et, 25 aprel saat 12:00-da “Oxu Günü”nə qatıl, minlərlə oxucu ilə eyni anda kütləvi mütaliə həyacanını sən də yaşa;

5. “Oxu Günü”nə qatıl və tanınmış yazıçılar, elm adamları, ictimaiyyət nümayəndələri ilə görüşdə iştirak etmək şansı qazan;

6. Oxuduğun kitabı özünlə gətir, imzala, istədiyin iştirakçıya hədiyyə et, başqa bir kitabı hədiyyə al;

7. “Oxu Günü”nə gəl, aksiya masasına kitablar hədiyyə et, sən də “oxuduqlarını oxumayanlarla paylaş”

Layihə ilə bağlı təklif və istəklərinizi info@senet.az poçt ünvanına və layihənin rəsmi Oxu Günü səhifəsinə göndərə bilərsiniz.

Bölmə : Manşet
KÖŞƏ YAZARLARI
TOP 10