27 aprel – Beynəlxalq sertifikatlı praktik-seminar keçiriləcək

17 Baxış

praktik

Aprelin 27-də, saat 11:00-da ph.d Aslı Aktanın “Uşaqlıq dövründə icraedici fəaliyyət, dil bacarıqalrının inkişafı və qiymətləndirilməsi” adlı seminarı keçiriləcək.

Hədəf STEM Liseyində baş tutacaq seminar aşağıdakı punktları əhatə edəcək:

– Erkən uşaqlıq dövründə uşaqlara düzgün pedaqoji, psixoloji və loqopedik yanaşma;
– 0-6yaş qrupunda uşaqların icraedici fəaliyyətinin öyrənilməsi, icraedici fəaliyyət zamanı düzgün metodun seçilməsi;
– Kiçik yaş qrupunda olan uşaqların dil bacarıqlarının öyrənilməsi və qiymətləndirilməsi;
– Nitq bacarıqlarının formalaşması üçün vacib olan inkişafetdirici məşğələlər yer alacaq.

Seminarda valideyn, pedaqoq, psixoloq, loqopedlər, tələbələr və digər 0-6 yaş qrupu ilə işləyən hər kəs seminarda iştirak edə bilər. Seminarda uğurla iştirak edən hər kəsə Beynəlxalq Sertifikat veriləcəkdir.

Qeyd edək ki, seminar Kadir Has Universiteti, Hədəf Liseyi, Nar Çiçəyi İnkişaf Mərkəzi və Hədəf Globalın birgə təşkilatçılığı ilə həyata keçiriləcək.