29 apreldə Oxu Günü 6 keçirildi

7 Baxış

9eaa14c1-4972-43d5-9047-e569eaedce6c

29 apreldə Oxu Günü 6 keçirildi.

Koronovirus pandemiyasından dolayı  Oxu Günü bu il online formada keçirilib.

İştirakçılar virtual fləşmoblar keçirib, video postlar paylaşıblar. #Gelinbirlikdeoxuyaq və #Oxugünü həştəqləri ilə sevimli kitabları sosial media istifadəçiləri ilə bölüşüblər.

Bununla yanaşı Hədəf Kurslarının heyəti arasında “Oxu günü” adlı intellektual yarış keçirilib.

İdeya müəllifi təhsil mühəndisi, dosent Şəmil Sadiq olan “Oxu günü” layihəsi 2015-ci ildən Hədəf Nəşrlərinin təşkilatçılığı ilə həyata keçirilir.

Layihəni həyata keçirməkdə məqsəd mütaliəyə marağı artırmaq, oxu vərdişlərini inkişaf etdirməkdir.