“3 divar” və “Təxəyyül” filmləri təqdim edildi

28 Baxış

IMG_0017

 

 

“3 divar” və “Təxəyyül” filmlərinin təqdimat mərasimi keçirilib.

 

Senet.az bildirir ki, Hədəf Liseyində baş tutan mərasimdə KİV nümayəndələri,ictimai-siyasi şəxslər iştirak edib.

 

Film nümayişindən sonra “3 divar” filminin rejissoru Səbuhi Şahmursoy çəkiliş prosesi və film barəsində məlumat verib. Daha sonra “Təxəyyül” filminin rejissoru Cavad Nur və ssenari müəllifi Rövşən Danyeri tamaşaçıların suallarını cavablandırıblar.

 

Qeyd edək ki, Hədəf Multimedia Mərkəzində istehsal olunan “3 divar” filminin rejissoru Səbuhi Şahmusoy, prodüser və operatoru Cavad Nur, montajçısı Vurğun Yusubov, səs rejissoru Rövşən Danyeri, qrim ustası Adeyla Ağayeva, redaktoru Cavid Qədirdir.

Rolları aktyorlar Elxan Şahalıyev, Sədaqət Qasımlı, Nurlan Rüstəmov ifa ediblər.
Absurd-qurğu janrında çəkilən film bir-birini tanımayan üç şəxsin bir otaqdakı münasibətlərindən bəhs edir.
Ekran əsərində müasir insanın dünyadakı yeri, müxtəlif insanların sənətlərinin xarakterlərinə necə təsir etməsi, istənilən şəraitdə bu xarakterin əsas rol oynaması, çıxış yollarının fərqi və bənzərliyi, bu seçimlərin absurd nəticələri kimi məsələlərin həllinə çalışıb.
Film dahi rejissor Andrey Tarkovskiyə ithaf olunub. Bundan başqa, dialoqlarda onun məşhur filmi – “Stalker”in bəzi sitatlarından istifadə edilib. Filmin 95% səhnəsi cəmi 3 divarda çəkilib.

 

“Təxəyyül” qısametrajlı bədii filmi isə absurd-komediya janrındadır. Filmdə rolları Kamal Yaşar, Elnur Rzayev, Pərvin Dadaşova, Nuridə Musabəyli bölüşüblər. Film ümumilikdə yazıçının obrazları ilə üz-üzə dayanmasından bəhs edir. Kitabın qəhramanı ölümdən xilas olmaq üçün yazıçı ilə görüşür və hadisələrin gedişatı bundan sonra daha qarmaqarışıq hal alır.

 

Bölmə : Bölməsiz
ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10