“3 divar” və “Təxəyyül” qısametrajlı filmlərinin premyerası olacaq

2 Baxış

tre

Oktyabrın 13-də, saat 18.00-da Hədəf Multimedia Mərkəzinin təşkilatçılığı ilə “3 Divar” və “Təxəyyül” qısametrajlı filmlərinin premyerası keçiriləcək.

 

“3 Divar”i absurd-qurğudur. Bir-birini tanımayan 3 şəxsin bir otaqdakı münasibətlərindən bəhs edir. Filmin ssenari müəllifi və quruluşçu rejissoru Səbuhi Şahmusoydur.

 

“Təxəyyül” filmi isə obrazlarının sorğu-sualı ilə üz-üzə qalan yazıçıdan bəhs edir. Filmin rejissoru Cavad Nur, ssenari müəllifi Rövşən Danyeridir.

 

Film və müzakirəyə hər kəs dəvətlidir. Giriş sərbəstdir.

 

Tədbirin informasiya dəstəkçiləri:

“Ustad” Ədəbiyyat və Sənət Dərgisi

Senet.az saytı

Parafr.az saytı

 

Ünvan: Nəsimi rayonu, Tbilisi prospekti, 72

Hədəf Stem Liseyi, Akt zalı.

Bölmə : Sənət xəbər
ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10