3 dövlətin vətəndaşlığını qəbul edən rəssam

31 Baxış

vasili

Vasili Kandinski 1866-cı il, dekabrın 4-ü Moskvada anadan olub. İlk təhsilini Odessaya getdikdən sonra alan Vasili, daha sonra Moskvaya qayıdaraq universitetin İqtisadiyyat və Hüquq  fakultəsinə qəbul olur. Universiteti bitirdikdən sonra, Hüquq fakultəsində assistent kimi çalışmağa başlayır. Bir müddətdən sonra həyat yoldaşı Anna Tiçevaya ilə birlikdə Münixə köçür. Burada rəsmlə maraqlanmağa başlayır. Onun Anna ilə evliliyi isə yeddi il davam edir.  

Kandinski Fransada və Leninqrandda müxtəlif sərgilərdə iştirak edir, orada gördüyü əsərlərdən təsirlənir.  O, bundan sonra Azbenin məktəbində rəsm təhslili almağa başlayır. Sonra Akademiyaya müraciət edən Vasili, Franz Von Stakın yanında rəssam kimi işləməyə başlayır.

1902-ci ildə Qabriele Münter adlı qadın rəssamla evlənir.

1908-ci ildən etibarən müxtəlif növ ikonalar çəkməyə başlayır. İkonalara olan marağı onu fiqurativ sənətdən uzaqlaşdırır. 1909-cu ildə ilk impersionalist əsərini çəkir.

Qabriel Münterdən boşandıqdan sonra Mokskaya qayıdır. 1917-ci ildə üçüncü dəfə evlənir. Bu onun sonuncu evliliyi olur. Həyatının sonuna qədər Nina von Andrevskidən ayrılmayır. 1924-1944-cü illərdə dünya səyahətinə çıxır. Avstriya, İsveçrə, İtaliya, Fransa, Fələstin, Suriya, Türkiyə və Yunanıstana gedir.

Səyahətdən qayıtdıqdan sonra Rus Xalq Təhsil Komissarlığının üzvü seçilir. Dövlət Sənət Məktəbində professor kimi işləməyə başlayır. 1919-cu ildə Rəsm Mədəniyyət Muzeyini yaradır. 1920-ci ildə Moskva Universitetinin professoru seçilir. Kandinski bütün bunlarla yanaşı Rus Elmlər və Sənətçilər Akademiyasını yaradılmasında da yaxından iştirak edir.

Moskvada da çox qala bilməyən rəssam Berlinə köçür. 1928-ci ildə Sovet hökumətinin təzyiqlərinə görə alman vətəndaşlığını qəbul edir. Burada çoxlu sayda sərgilər keçirir.

1933-cü ildə Parisə gedir. Rusiyada  onun əsərləri dövlət tərəfindən mənimsənərək, ucuz qiymətə satılır. 1939-cu ildə II dünya müharibəsinin başlamağı ilə Fransız vətəndaşlığını qəbul edir.

Bütün bunlara rəğmən yeni əsərlər yaradır. Vasili Kandinski, 78 yaşında 1944-cü ildə vəfat edir.

Həyat yoldaşı Nina Kadinski onun əsərlərinin hamısına sahibidir. Kandisnkinin əsərləri dünyanın ən məşhur auksion evlərində keçirilən hərraclarda yüksək qiymətə satılır.

 

 

 

 

 

 

 

 

 

 

 

Bölmə : Rəssamlıq
KÖŞƏ YAZARLARI
TOP 10