“Vaqif” operası ilk dəfə fləş kart şəkilində işıq üzü görüb

3 Baxış

hg

Molla Pənah Vaqifin əziz xatirəsinə həsr olunmuş bəstəkar Ramiz Mustafayevin “Vaqif” operası fləş kart şəklində və bütün musiqi platformalarında işıq üzü görüb.

Baş rolu – Vaqif obrazını canlandıran Əməkdar artist Ramil Qasımovun sözlərinə görə, bu il Şuşanın mədəniyyət paytaxtı elan edilməsi hər bir mədəniyyət xadiminə böyük ruh yüksəliyi verib. Eyni zamanda avqustun 29-da Ölkə rəhbərliyinin Şuşada dahi Azərbaycan şairi və ictimai-xadimi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işlərindən sonra açılışı bütövlükdə Azərbaycan ədəbiyyatına, musiqisinə və elminə göstərilən dəyərdir.

Pandemiya şəraitini nəzərə alaraq yaradıcı heyyətlə birgə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının truppasının iştirakı ilə teatrın baş dirijoru, Əməkdar artist Əyyub Quliyevin rəhbərliyi altında ərsəyə gəlmiş “Vaqif” operası müasir texniki avadanlıqla dinləyicilərə təqdim edilir. Ramil Qasımov, həmçinin qeyd edib ki, Vaqif operasını bütün musiqi platformalarında təbliğ etməkdə məqsəd, müxtəlif ölkələrdə klassik musiqimizin təbliği üçün nəzərdə tutulur. Fləş kart şəklində çap olunmuş operanın pandemiyadan sonrakı dönəmdə təqdimatı keçiriləcək.

Bölmə : Musiqi, Sənət