40 milyon dollar qiymətləndirilən sevgi əsəri

11 Baxış

Amedeo 40 milyon dollarSotheby’s fransız rəssam və model Janna Ebiternin portretinin 40 milyon dollardan baha satılacağını bəyan edib. Məşhur italyan rəssamı və heykəltərəşı Amedeo Modilyanın 1919-cu ildə çəkdiyi şəkil “Janna Ebitern (şərflə)” adlanır və son 30 ildə şəxsi kolleksiyada saxlanılıb. Portret Sotheby’s tərəfindən 21 iyunda təşkil edilən axşam hərracında nümayiş etdiriləcək.

Modilyan və Ebiternin sevgi tarixçəsi XX əsrin ən faciəvi məhəbbət hekayələrindən biridir. Onları 1917-ci ildə rəssam Hana Orlova bir-biri ilə tanış edib. Janna elə həmin vaxtdan rəssamın əsas modelinə çevrilir: Amedeo onun portretini öz əsərlərində ən azı 25 dəfə çəkib. Tezliklə onlar arasında xüsusi roman başlayır, 1918-ci ildə isə onların bir qızı dünyaya gəlir və onu da Janna adlandırırlar. Ebitern ikinci dəfə hamilə olanda onlar münasibətlərini rəsmiləşdirirlər. Lakin Ebiternin ailəsi rəssamın içki və narkotik asılılığına görə bu izdivacı dəstəkləmirlər. Onların sevgisi ilə yanaşı, həyatları da eyni vaxtda başa çatır: 24 yanvar 1920-ci ildə 35 yaşlı Modilyan vərəm xəstəliyindən dünyasını dəyişir, növbəti gün isə bu acıya dözə bilməyən hamiləliyinin doqquzuncu ayında olan 21 yaşlı Ebitern özünü öldürür.