63-cü Sidney beynəlxalq kinofestivalına start verilib

5 Baxış

sidney film festivalSidneydə 63-cü Beynəlxalq kinofestival öz işinə başlayıb. 12 gün ərzində Avstraliyanın bu möhtəşəm şəhərində 60 ölkənin 240-dan çox filmi izləniləcək.

Bu kinoformun proqramına ənənəyə uyğun olaraq nəinki bədii filmlər, həmçinin sənədli, animasiya, qısametrajlı filmlər də salınıb. 19 iyuna qədər davam edəcək, şəhərin onlarla kinoteatrında keçiriləcək festival çərçivəsində 25 dünya premyerası baş tutacaq, 139 film isə ilk dəfə Avstraliyada nümayiş etdiriləcək.

Bu il tammetrajlı filmlərin müsabiqəsi proqramına 10 ölkənin 12 işi daxil edilib. Jüridə isə Avstraliya, İrlandiya və Yaponiyadan kinomatoqrafçılar var. Ona rəhbərliyi isə britaniyalı prodüser Saymon Fild edir.

Qeyd edək ki, Sidneydə ilk kinofestival 1954-cü ildə baş tutub. 1958-ci ildən o, beynəlxalq səviyyədə keçirilməyə başlanıb. 2008-ci ildən isə ilk yerin qalibinə 60 min avstraliya dolları (indiki məzənnə ilə təqribən 44 min dollar) məbləğində mükafat təqdim edilən müsabiqə keçirilir. Festivalın bağlanış mərasimində həmçinin Avstraliyanın ən yaxşı sənədli və qısametrajlı filmləri üçün mükafatlar veriləcək. Bu makafatı isə festival çərçivəsində nümayiş etdirilən istənilən janrda film qazana bilər.

Son illər Sidney kinofestivalının şöhrəti xeyli artıb- keçən il 176 mindən çox bilet satılıb ki, bu da 5 il əvvəllə müqayisədə 59% çoxdur.