69-cu Kann kinofestivalı rəsmi posterini təqdim edib

8 Baxış

kann kinofestivalıKann kinofestivalının rəsmi posteri kinomanlar üçün mühüm hadisələrdən hesab edilir. Çünki hər yeni mövsümün konsepsiyası xırdalıqlarına qədər düşünülüb hazırlanır. Posterin anons edilməsi isə artıq yeni mövsümün açıq elan edilməsi hesab olunur və yaxın günlərdə müsabiqə proqramı və premyeralar haqqında xəbərlərin yayılması gözlənilir.

11-22 may tarixlərində baş tutacaq 69-cu Kann kinofestivalının rəsmi posteri isə əvvəlkilərdən xeyli fərqlənir. Bu dəfə festivalın anonsu ənənəvi ağ-qara fonda deyil. Bu il təşkilatçılar əsas mövzu kimi Jan-Lyuk Qodarın 1963-cü ildə ekranlara çıxan “Nifrət” filmindən kadr seçiblər. Herve Çiqyoninin müəllifi olduğu posterdə parlaq sarı çalarlara daha çox üstünlük verilib.

Baş rollarda Bricit Bardo və Mişel Pikkolinin çəkildiyi film Alberto Moravianın eyniadlı romanı əsasında çəkilib. Təşkilatçıların sözlərinə görə, poster üçün seçilmiş epizodu filmdən sitatla asanlıq təsvir etmək olar: “Kino bizim qarşımızda istəklərimizin dünyasını açır”.

“Bu təsvirdə hər şey var- pillələr, dəniz, üfüq, insanın arzularına doğru addımlaması… Bu poster Mişel Morlenin “kino- bizim baxışlarımızın, arzularımızla harmoniya təşkil edən dünyanın altyazısıdır ” sözlərinin xatırlanmasıdır ”, -deyə Kann Kinofestivalının Təşkilat Komitəsindən bildirilib.

Xatırladaq ki, 69-cu Kann kinofestivalının münsiflər heyətinin sədri avstraliyalı rejissor Corc Miller olacaq.