“7-ci Fənlərin Dostluğu Olimpiadası”nın qalibləri müəyyən olundu

27 Baxış

 

Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunan “7-ci Fənlərin Dostluğu Olimpiadası”nın qalibləri müəyyən olundu

Azərbaycan Respublikası Prezidenti Yanında  Bilik Fondu, Azərbaycan Universiteti və Hədəf Kurslarının birgə təşkilatçılığı ilə 31dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunan 7-ci “Fənlərin Dostluğu Olimpiadası”nın nəticələri bəlli oldu. 11 dekabr 2016-cı il tarixində  Respublika  ümumtəhsil məktəblərinin Azərbaycan bölməsində təhsil alan 9-cu və 10-cu sinif şagirdləri arasında keçirilən Olimpiadada şagirdlər 2 saat müddətində 50 sualı cavablandırmışlar.Bakı, Sumqayıt və Şəmkir şəhərlərindəki imtahan mərkəzlərində təşkil olunan Olimpiadada suallar fənnlərin bir-birinə inteqrasiyası şəklində təqdim olunmuşdur. Olimpiadada iştirak edən iki minə yaxın şagird arasında ən yüksək bal toplamış ilk 10 şagird təşkilatçılar və sponsorlar tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar. Builki Olimpiadada 1-ci yerin qalibi 2 şagird olmuşdur: onlar Sumqayıt şəhəri Texniki Təbiət elmləri Liseyinin və Biləsuvar rayonu M.İbrahimov adına Liseyin şagirdləridir.

7-ci “Fənlərin Dostluğu Olimpiadası” qaliblərinin mükafatlandırma mərasimi dekabr ayının sonunda təşkil olunacaqdır.

Xatırladaq ki, 2010-cu ildə Hədəf Nəşrləri tərəfindən təsis edilən Olimpiadanın bu ilki buraxılışının dəstəkçiləri Medika Hospital, Yes Travel Nizami Kino Mərkəzi, Altun Kitab,  Kitabevim.az kitab mağazaları şəbəkəsidir. ATV, trend.az, Ustad dərgisi, senet.az portalı Olimpiadanın  informasiya tərəfdaşlarıdır.

Mükafatlandırılacaq şagirdlərin siyahısını təqdim edirik. Digər şagirdlər ümumi nəticələrlə inteqrasiya.az saytından tanış ola bilər.

I Yer- Hidayət Ələkbərli- Sumqayıt şəhər Texniki Təbiət elmləri liseyi.
I Yer- Xəlil Ağayev – Biləsuvar rayonu M.İbrahimov adına Lisey.

II Yer- Nail Əliyev –Sumqayıt şəhər İstedad liseyi.

III Yer- Leyla İsgəndərova – Sumqayıt şəhər İstedad liseyi.

Toğrul Hacızadə- Akademik Zərifə Əliyeva adına lisey.

Əliyar Məmmədov –Binəqədi rayon 314 saylı orta məktəb.

IV Yer- Şəlalə Əliyeva –Sumqayıt şəhər 25 saylı orta məktəb.

Aytac Babayeva – Sumqayıt şəhər İstedad liseyi.

Xanım Göyçayeva – Bakı şəhəri Xətai rayonu 24 saylı orta məktəb.

Nicat Zəkəriyəzadə -Avropa Azərbaycan məktəbi.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10