7 min 600 cilddən ibarət “Wikipedia”

39 Baxış

vikipedia

Nyu Yorkda Denni Qalereyasında “From Aaaaa! To ZZZap!” sərgisi keçirilib.

Sərgidə “Wikipedia” elektron ensklopediyası çap olunaraq iştirakçılara təqdim olunub. Təşkilatçı Maykl Mandiberq “Print Wikipedia” layihəsi çərçivəsində keçirilən sərgidə “Wikipedia”da yayımlanan məlumatları 7 min 600 cilddə toplayaraq Iulu.com saytına yükləyib. O, bu məlumatların hamısının çap etməyin mümkün olmadığını deyib. Bununla belə istəyən hər kəs kitabları internet üzərindən çap etdirə bilər.

Sərgidə isə kitabın  ilk 1980 cildinin üz qabığı və 106 cildi çap edilərək iştirakçılara təqdim edilib.

Qeyd edək ki,  təkcə “Wikipedia”nın yazarlarının adı 36 cildi tutub. Hər cild 700 səhifədir.  5 milyon 400 min səhifəlik kitab setini hələki heç kim almayıb.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10