8 sentyabr Jurnalistlərin Beynəlxalq Həmrəyliyi günüdür

19 Baxış

1409918158_4420031774_a56c5e44ca

8 sentyabr Jurnalistlərin Beynəlxalq Həmrəyliyi günüdür. 

Bayram 1958-ci ildə, hitlerçilər tərəfindən 1943-cü il sentyabrın 8-də həbsxanada edam olunmuş çex jurnalisti Yulius Fuçikin şərəfinə təsis edilmişdir. Fuçikin “Edamqabağı reportaj” kitabı 70 dilə tərcümə edilmiş, dünyanın bir çox ölkələrində nəşr olunmuşdur.

Həmrəylik günü münasibətilə bir çox ölkələrdə festivallar, konfranslar, jurnalistlərin qurultayları və digər tədbirlər keçirilmişdir.

Xatırladaq ki, Azərbaycan jurnalistləri öz peşə bayramını Prezidentin Fərmanına uyğun olaraq, “Əkinçi” qəzetinin 1875-ci ildə nəşrə başladığı gün – iyulun 22-də qeyd edirlər.

Biz də Senet.az saytı olaraq, bayram münasibətilə bütün jurnalistləri təbrik edirik!

KÖŞƏ YAZARLARI
TOP 10