84 min 864 metrlik ebru ilə dünya rekordu

3 Baxış

ebru rekorduÇexiyada Şarka Duran və Henia Sulimenkonun təşkilatçılığı ilə keçirilən tədbirdə dünya rekorduna imza atılıb. Belə ki, 37 ölkədən 191 sənətkarın iştirakı ilə 84 min 864 metrlik parça üzərində ebru çəkilib. Ebru sənəti ilə məşğul olan sənətkar Atilla Can AA-ya verdiyi açıqlamaya görə, bununla da onlar Ginnesin rekordlar kitabına daxil olmağa haqq qazanıblar.

“Ebru Patchwork Projeckt” layihəsində iştirak etmək üçün dəvət alan sənətkarlar təqribən 7 ay çalışıblar. Çox çətin olsa da, çox vaxtlarını alsa da, onlar rekorda imza atmağı bacarıblar. Ebru sənəti ilə məşğul olan Can rekordun Çexiyadan olan digər sənətkarlar-Şarka Duran və Henia Sulimenkonun təşkilatçılığı ilə baş tutduğunu və layihə çərçivəsində bir çox xarici ölkələrin ebru sənətkarları ilə əlaqə saxladıqlarını bildirib. Onlara dəstək olan sənətkarlar üçün isə xüsusi hazırlanmış parçalar göndərilib və onlar da həmin parçalar üzərində öz texnika və təcrübələrini tətbiq etməklə ebru rəsmləri çəkiblər. Daha sonra sənətkarlar hazırladıqları əsərləri Çexiyaya göndəriblər. Şarka Duran isə aylar ərzində onlara göndərilən ebruları toplayaraq, xüsusi bir texnika ilə onları birləşdirib.

Yüzlərlə ebru sənətkarının hazırladığı 84 min 864 metrlik ebru ilə ən çox qatılan ölkə, qitə və sənətkar kateqoriyaları üzrə dünya rekordu qırılıb.