88-ci Oskar kino mükafatı sahibləri bəlli olub

13 Baxış

oskar di kaprioKino dünyasının ən prestijli  mükafatlarından qəbul edilən “Oskar”, bu gecə  Hollivuddakı Dolby Teatrında sahiblərinə təqdim edilib.

Tədbiri giriş sözü ilə komik aktyor Kris Rok  açdı. O, tədbirin başlanğıcında “Mükafatları yolda gedərkən polislərin vurduğu qaradərililərə hədiyyə edirəm”, deyib. Rok bundan başqa mükafatın “ağdərili insanlar üçün”  olduğunu deyərək, “əgər aparıcılar da namizədlərlə seçilsəydi, mən bu gün burda olmazdım”, – deyib.

Xatırladaq ki, Oskar mükafatının  bütün  namizədlərinin  ağdərili olması  irqi ayrı-seçkilik məsələsini ortaya gətirmişdi. Bir sıra qaradərili aktyor tədbiri baykot edərək gəlməyəcəyini bəyan etmişdi. Bundan başqa  sosial mediyada #OscarsSoWhite etiketi ilə  tənqid edilmişdi.

Ən yaxşı rejissor işi nominasiyasında – Alexandro Qonsalesin “Sağ Qalmış” filmi, Ən yaxşı aktyor nominasiyasında “Sağ Qalmış” filmindəki roluna görə “Leonardo di Kaprio”, ən yaxsı qadın roluna görə “Otaq “ filmindəki rolu ilə “Bri Larson” makafatın sahibi olub. Ən yaxşı ikinci plan aktyoru nominasiyasının qalibi  “Casus körpüsü” filminə görə Mark Raylens, ən yaxşı ikinci plan aktrisası nominasiyasında isə “Danimarkadan olan qız” filmindəki roluna görə Alisiya Vikander mükafatlandırılıb. Ən yaxşı ssenari nominasiyasında  “Diqqət Mərkəzində” filminə görə Tomas Makkarti və Djoş Sinqer qalib olub. “Əli və Nino” filminin rejissoru Asif Kapadianın ekranlaşdırdığı “Emi” filmi isə ən yaxşı sənədli  film mükafatına layiq görülüb.

Qeyd edk ki, Leonardo Di Kaprio bundan əvvəl dəfələrlə “Oskar” mükafatına namizəd olsa da bu mükafatı qazana bilməmişdi. O, ilk dəfə “Oscar” mükafatına sahib olub.

«Oskar» mükafatının sahibləri:

Ən orijinal ssenari: Spotlight

Ən yaxşı adaptasiya olunmuş ssenari: The Big Short

Ən yaxşı ikinci dərəcəli qadın aktrisa: Alicia Vikander

Ən yaxşı geyim: Mad Max: Fury Road (Margaret Sixel)

Ən yaxşı rəssam işi: Mad Max: Fury Road

Ən yaxşı  makyaj və saç düzümü: Mad Max: Fury Road

Ən yaxşı operator işi: Emmanuel Lubezki (The Revenant /Diriliş)

Ən yaxşı montaj: Mad Max: Fury Road (Margaret Sixel)

Ən yaxşı səs: Mad Max: Fury Road

Ən yaxşı səs montajı: Mad Max: Fury Road

Ən yaxşı vizual effekt: Ex Machina

Ən yaxşı qısametrajlı animasiya filmi: Bear Story

Ən yaxşı animasiya filmi: Inside Out

Ən yaxşı ikinci planda kişi aktyor: Mark Rylance / Bridge of Spies

Ən yaxşı qısa sənədli film: A Girl in the River

Ən yaxşı sənədli film: Amy

Ən yaxşı qısametrajlı film: Stutterer

Ən yaxşı xarici film: Son of Saul

Ən yaxşı film musiqisi: Ennio Morricone (The Hateful Eight)

Ən yaxşı orijinal musiqi: Spectre / Writing’s on the Wall (Jimmy Napes, Sam Smith)

Ən yaxşı rejissor: Alejandro Gonzalez Inarritu (The Revenant)

Ən yaxşı qadın aktrisa: Brie Larson – Room

Ən yaxşı kişi aktyor: Leonardo DiCaprio

Ən yaxşı film: Spotlight