“Bakı sübhdən günbatanadək” filmi təqdim ediləcək

15 Baxış

1423576707bakiFevralın 18-i Nizami Kino Mərkəzində ötən ilin 21 avqust – 07 sentyabr tarixlərində keçirilmiş “Dünya sübhdən günbatanadək” layihəsi çərçivəsində hazırlanmış “Bakı sübhdən günbatanadək” tammetrajlı sənədli filminin təqdimat mərasimi keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən senet.az-a verilən məlumata görə, təqdimat mərasimində iştirak etmək üçün Polşadan layihənin müəllifləri və prodüserləri də dəvət olunub.

Layihə dünyanın müxtəlif şəhərlərindəki kino məktəblərinin tələbələrinə və gənc rejissorlara silsilə seminarların keçirilməsinə əsaslanmaqla bir neçə həftəlik kurs müddətində tələbələr müəllimlərin nəzarəti altında qısametrajlı sənədli filmlər kolleksiyası üzərində birgə çalışıblar. Nəticədə şəhərin canlı təsviri kimi 60 dəqiqəlik sənədli film istehsal olunub.

Qeyd edək ki, layihə bu günə qədər 12 şəhərdə – Minsk, Kiyev, Moskva, Pekin, Tokio (2011), Tbilisi, Yerevan, Kişinyov, Bıdqoş (2013), Bakı, İstanbul və Kəlküttədə (2014) həyata keçirilib. Layihənin tərəfdaşları Polşanın Adam Mikiyeviç İnstitutu, Polşa Kino İnstitutu, TVP 2 Polşa Milli Televiziyası, Belsat kanalı, Polşa Xarici İşlər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi və Azanfilm studiyasıdır.

senet.az

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10