“ABBA” 39 illik fasilədən sonra yeni mahnılarını buraxacaq

0 Baxış

hg

 

İsveçin məşhur “ABBA” pop qrupu beş yeni mahnısını buraxacaq.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə “Daily Mirror” qəzeti məlumat yayıb.

Məlumatda bildirilib ki, qrupun “The Visitors” adlı son albomu 1981-ci ildə işıq üzü görüb. “ABBA” yeni kompozisiyalarını sentyabrın 3-də təqdim edə bilər. Axır ki, “ABBA” qayıdır və son 39 ildə yeni treklərini buraxmağı planlaşdırır.

Bölmə : Musiqi, Sənət