Abdulla Şaiqin xatirəsi yad ediləcək

8 Baxış

14875980001889731743_1000x669

Fevralın 23-də görkəmli şair, yazıçı, dramaturq, pedaqoq Abdulla Şaiqin anadan olmasının 136-cı ildönümü ilə əlaqədar Fəxri xiyabanda ədibin məzarı ziyarət ediləcək.

Abdulla Şaiqin mənzil-muzeyindən Senet.az-a bildirilib ki, tədbirə bir sıra muzeylərin əməkdaşları, ədəbiyyat, incəsənət xadimləri, ədibin adını daşıyan 54 nömrəli orta məktəbin müəllim və şagirdləri, Azərbaycan Dövlət Pedaqoji Kollecinin, Abdulla Şaiq adına kitabxananın, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Azərbaycan Menecment və Turizm Universitetinin (AMTU) tələbələri, KİV nümayəndələri dəvət olunublar.

Mərasimdə Abdulla Şaiqin mənzil-muzeyinin direktoru Ülkər Talıbzadə, böyük elmi işçisi Arzu Hacıyeva çıxış edəcək, məktəblilər və tələbələr tərəfindən ədibin əsərlərindən nümunələr təqdim olunacaq.

KÖŞƏ YAZARLARI
TOP 10