“İstiqlal” Tədris Mərkəzində abituriyentlər üçün tam kursu əhatə edən 6 metodik vəsait işıq üzü görüb.
Kitab dəstində Elxan Nəcəfovun “Azərbaycan dili”, Məhəmməd Xankişiyevin “Ədəbiyyat”, Elnur Axundzadənin “İngilis dili”, Famil İsayevin “Coğrafiya” , Anar Allahverdiyevin “Fizika”, Zamin Cəfərovun “Bilogiya” dərslikləri yer alıb.
Qeyd edək ki, bu kitablar şagird və müəllimlər üçün nəzərdə tutulub. Oxucular kitabları noyabrın 9-dən etibarən Kitabevim.az və digər kitab mağazalarından əldə edə bilərlər.