Abituriyentlərin imtahana psixoloji hazırlığı

34 Baxış

psixoloji seminar poster1-2 iyul 2016-cı il tarixində AMEA Mərkəzi Elmi Kitabxanasının binasında “Abituriyentlərin imtahana psixoloji hazırlığı” adlı layihə həyata keçiriləcəkdir. AMEA Mərkəzi Elmi Kitabxanası, Fransa-Azərbaycan Universiteti, Qərb Universiteti və  Hədəf Kurslarının təşkilatçılığı ilə baş tutacaq layihənin əsas təşkilatçısı AR Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsidir.

Layihədə məqsəd qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün imtahan öncəsi və imtahan zamanı yaranan həyacan və narahatçılığın aradan qaldırılması və idarə olunmasına kömək etməkdir.

Treninq zamanı abituriyentlərdə özünə inam, diqqət və konsentrasiya, stress, həyacan, ümidsizlik, qərarsızlıq və s. aradan qaldırılması, imtahan müddətində zamanın düzgün bölünməsi, imtahan sonrası ixtisas seçimində düzgün seçim etmələri və s. kimi mövzular ətrafında seminarlar keçiriləcək.

Treninqlərdə Respublikamızın tanınmış psixoloqları ilə yanaşı Türkiyədən dəvət olunmuş  professor da seminar verəcək. Keçirilməsi 2 gün nəzərdə tutulan treninq-seminarda abituriyentlərlə yanaşı onların valideynləri də iştirak edəcək.

Artiq 3-cü ildir ki, təşkil olunan layihədə bu il xüsusi yenilik olacaq. Belə ki, gənc müəllimlər üçün “Orta məktəb psixologiyası” adlı xüsusi Ustad dərsləri (Master-Class) keçiriləcəkdir.

İştirakçılar www.hedef.edu.az saytında qeydiyyatdan keçərək seminarda ödənişsiz olaraq iştirak edə bilərlər.

Xatırladaq ki, layihənin informasiya dəstəkçiləri  senet.az, OTV, azpress.az, Ustad jurnalı, todaysbaku.az portalıdır.

ASAN Könüllüləri, Psixologiya, Konsultasiya Mərkəzi, Global Career İnstitutu, Eros Psixologiya Mərkəzi, İstiqlal Tədris və Yaradıcılıq Mərkəzi, “Gənc Psixoloqlar” İB, kitabevim.az mağazalar şəbəkəsi “Abituriyentlərin imtahana psixoloji hazırlığı” layihəsinin tərəfdaş qurumları qismində iştirak edirlər.

 

Tel.: (+99412) 594 73 38, (+99470) 324 98 50.         

Bölmə : Sənət xəbər