ABŞ kinotənqidçiləri kimləri mükafatlandırdı?

9 Baxış

ABŞ-ıtənqidçilərin mükafatı 2n Santa-Monika şəhərində “ABŞ kinotənqidçilərinin seçimi” mükafatı təqdim olunub. Leonardo Di Kaprio və Bri Larson ABŞ kinotənqidçilərinin mükafatına layiq görülüb. L.Di Kaprio “Sağ qalmış” və B.Larson “Otaq” filmlərindəki rollarına görə mükafatlandırılıblar. Artıq bu rollar onlara həm “Qızıl qlobus”, həm də “Oskar” mükafatı üçün nominasiya qazandırıb. İkinci planda ən yaxşı kişi rolu nominasiyasında kinotənqidçilərin mükafatı “Krid: Rokki irsi” filmindəki roluna görə Silvestr Stalloneyə verilib. İkinci planda ən yaxşı qadın rolu nominasiyasında isə “Danimarkalı qız” filmində rol alan Alisiya Vikander fərqlənib. Tənqidçilərin ən yaxşı rejissor seçimi isə Corc Millerin  “Dəlisov Maks: Qəzəb yolu” filmi olub.  Ən yaxşı ssenarili film kimi “Diqqət mərkəzində” mükafat alıb. Tom Makkartinin bu filmi “ən yaxşı film” nominasiyasında da mükafata layiq görülüb. Mükafat tərkibində təqribən 250 nəfərin olduğu Kinotənqidçilər Assosiasiyası tərəfindən təqdim edilir. Burada, adətən, fevralda keçiriləcək “Oskar” mükafatına namizədlərin ilkin yarışması aparılır.