Abşeronda peşəyönümlü bağça-lisey açılır

26 Baxış

ste

2018-ci ildən fəaliyyətə başlayan və milli təhsil brendi olan Hədəf  Konsepti ilə öz təhsil sistemini quran Hədəf STEAM Liseyi çoxsaylı valideyn tələbinə əsasən 2020-ci ildən Abşeron rayon Masazır qəsəbəsində yerləşən Qurtuluş 93 yaşayış massivində yeni filialını istifadəyə verəcək.

1,1 hektar sahədə yerləşən yeni Abşeron filialı bağça-lisey kompleksi və peşəyönümlü təhsil müəssisəsi kimi fəaliyyət göstərəcək. Belə ki, lisey STEAM əsaslı təhsilə üstünlük verdiyindən bu binanın şəraiti imkan verir ki, “gör, toxun, et” prinsipi daha geniş istifadə edilsin. Bu prinsipin istifadəsi liseyin balabilgələrinə bağçadan on birinci sinfə qədər məktəbdə həyatı yaşayaraq öyrənsinlər, məktəbi bitirdikdən sonra hər hansı bir peşənin sahibi kimi həyata atılma imkanı yaradır.

Azərbaycan, rus, ingilis dilində tədrisi planlaşdırılan Bağça-lisey kompleksinin tərkibində Texnologiya, İT, Mühəndislik peşələrini mənimsəmək üçün 4 emalatxana, hər sinfin öz əkin sahəsi, heyvanların bəslənməsi üçün təsərrüfat binaları, atçılıq meydançası var. Bu emalatxanalar, təsərrüfat binaları Təhsil Nazirliyinin təklif etdiyi peşəyönümlü təhsilin planlı şəkildə həyata keçməsinə imkan verəcək. Rəqəmsal texnologiyaların 21-ci əsr bacarıqlarının formalaşmasında önəmli rol oynadığını üstün tutaraq qurulan emalatxanalar bu texnologiyalara uyğunlaşdırılmışdır. Emalatxanalar bir məhsulun istehsalı üçün lazım olan bütün avadanlıqlar ilə təchiz olunmuşdur. Belə ki, sürətli prototipləşdirmə bölməsində balabilgələr öz xəyallarında olan hər hansı bir məhsulu dizayn proqramları vasitəsilə 2D və 3D modellərə çevirə biləcək. Həmin modellərin gerçək həyatda necə göründüyünü müəyyən etmək üçün Sənaye 4.0 texnologiyalarının ayrılmaz hissəsi olan 3D printerlər vasitəsilə onları çox qısa zaman ərzində çap edə biləcəklər. Mexanika bölməsində balabilgələr mexaniki alətlər və maşınlarla işləyəcək, 2 oxlu və 3 oxlu CNC maşınların işləmə prinsiplərini öyrənəcək, dizayn etdikləri modelləri bu maşınlar vasitəsilə kəsib-yonma istehsalat növündən istifadə edərək hazırlayacaqlar. Dövrümüz avtomatlaşdırma dövrü olduğu üçün elektronik cihazlar və qurğular həyatımızın ayrılmaz hissəsinə çevrilməkdə davam edir. Bunu nəzərə alaraq, balabilgələrin öz elektronik proyektlərini həyata keçirmək üçün və ya hazırladıqları mexaniki dizaynlarıını avtomatlaşdırmaq üçün liseydə elektronika emalatxanası fəaliyyət göstərir. Bu emalatxana vasitəsilə balabilgələr müxtəlif elektronik komponentlərin işləmə prinsiplərini öyrənəcək, avtomatlaşdırılmış cihazların beyni olan mikrokontrollerlərin işləmə məntiqini mənimsəyəcək və öz dövrə kartlarını hazırlayacaqlar. Sonda isə bu emalatxanaları faydalı istifadə edərək balabilgələr öz müəllimləri ilə birlikdə bir məhsulun istehsal prosesini yaxından öyrənəcək və öz məhsullarını istehsal edərək onların satışı ilə də məşğul olacaqlar. Bu da imkan verir ki, məktəbi bitirən şagirdlər gələcəkdə hazır bir peşə sahibi olsunlar. Liseyin planladığı ilk istehsalat məhsulları tədris müəssisələrində istifadə ediləcək robototexnika sahəsində olacaq.

Liseyin Balabilgələr üçün ayırdığı xüsusi torpaq sahəsində onlar öz azuqələrini dərsdənkənar fəaliyyətdə özləri təmin edəcək, təbiətlə sıx təmasda böyüyüəcəklər.

Duz gölünün qoynunda sakit və geniş bir məkanda yerləşən Hədəf liseyi Abşeron filialının idman zalı, futbol meydançası, hovuzu ilə yanaşı xüsusi velosiped zolağı, oxçuluq meydançası da var.

Hədəf Liseyi, qurucu atalarımızın çağdaşlaşma məqsədlərinə töhfə vermək arzusuyla “Hədəf Kursları” MMC-nin bazası əsasında təsis edilən təhsil müəssisəsidir. Lisey, STEM qısaltmasının təmsil etdiyi elm, texnologiya, mühəndislik və riyaziyyat disiplinlərinin qarçılıqlı əlaqəsinə və “toxunaraq öyrənmək” prinsipinə əsaslanaraq tədris edilməsi məqsədi daşıyır. Hədəf Liseyinin tədris proqramı milli və mütərəqqi beynəlxalq kurikulumların inteqrasiyasından ibarətdir. Şagirdlər üçün müasir tələblərə cavab verən tədris mühitinin yaradılması ilə birlikdə, lisey təhsil proqramında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsilin inkişafı və müasirləşməsi strategiyasına müvafiq olaraq,  STEM konsepti əsas götürülür.

STEM əsaslı təhsil bütün dünyada sürətlə yayılır və müxtəlif ölkələrin rəsmi və akademik qurumları  təhsil sistemlərində STEM təhsilinin təşviqi və dəstəklənməsi üçün əməkdaşlıq edirlər. UNESCO-nun mühəndisliyə dair hesabatında “mühəndisliyin sosial, iqtisadi və humanitar inkişafın mühərriki” olduğu bildirilir və cəmiyyətlərin inkişafında mühəndisliyin vacibliyinə baxmayaraq, hazırda və yaxın gələcəkdə mühəndis çatışmazlığının inkişafı ləngidən faktor olduğu və olacağı bildirilir.

Hədəf Konsepti ilə öz təhsil sistemini quran Hədəf Liseyi Azərbaycanda STEM əsaslı təhsil verən ilk lisey olaraq, ölkəmizin və dünyamızın inkişafı üçün yaradıcı düşünən və elmi, mühəndisliyi, texnologiya və riyaziyyatı qarşılıqlı vəhdət halında mənimsəmiş bilgi çağı olan XXI əsrin yeni nəsil Bilgə İnsanını yetişdirməyi hədəfləyir.

Bölmə : Elm, Manşet