Ad günümüz mübarək!

44 Baxış

12671611_747835922014926_7635673434068689777_o

Uzun illərin arzusu idi. 02.02.2015 tarixində nəhayət ki, bu arzunu reallaşdıra bildik. Ədəbiyyat və sənət dərgisi olaraq senet.az məhz həmin tarixdə fəaliyyətə başladı. Saytı yaradanların bircə məqsədi vardı: mədəniyyətin müxtəlif sahələri və ədəbiyyat sahəsində maariflənmə işi həyata keçirmək….

Artıq bir il keçir. İnanırıq ki, bu bir il ərzində oxucularımız saytımız vasitəsilə sənət və ədəbiyyat sahəsində bir çox məlumatları əldə edə biliblər. Saytımızın məqsədi yalnız bu sahələrdə baş verən informasiyaları çatdırmaq deyil, həm də incəsənət və ədəbiyyat sahəsində çalışanları və onların əməyini göstərmək, Azərbaycan və dünya ədəbiyyat və incəsənət nümunələri ilə oxucuları tanış etməkdir.

Əlbəttə bu bir il ərzində biz tək çalışmadıq. Sənət və ədəbiyyat sevərlər hər zaman bizimlə oldu. Köşəmizdə yeni-yeni yazarlarımızın qələmlərinin məhsulları yer aldı. Artıq qısa müddət olmasına baxmayaraq daimi köşə yazarlarımız var. Həmçinin ədəbiyyat bölməsində həm klassiklərin, həm də yeni yazarların əsərlərini oxuya bildi saytımızın izləyiciləri. Yeni nəşrlər, yeni təqdim olunan kitablar haqqında da məlumatları vaxtaşırı olaraq qeyd etdik. Ən çox oxunan kitablar, izlənən filmlər, keçirilən tamaşalar, dünyada öz sözünü deyən və yeni ərsəyə gələn əsərlər, heykəltəraşlı nümunələri, musiqilər haqqında biz məlumat verdik. Yazarlarımızın araşdırmaları isə hər zaman oxucular üçün maraqlı faktları ortaya qoydu. Bir çox dövlət və özəl təşkilatlar yenilikləri, xüsusi məlumatları oxuculara çatdırmağımıza yardım etdilər. Bu işdə artıq bizim yardımçımız olan “Ustad” jurnalı da fəaliyyətə başlayır. Bizimlə birgə bu bir il ərzində çalıışan hər kəsi təbrik edirik. İnanırıq ki, biz Ədəbiyyat və sənət dərgisi olaraq hələ daha çox işlər görəcəyik. Ad günümüz mübarək!

Senet.az