Adamlar yorulanda – Şəhriyar del Gerani

22 Baxış

c74b7da486dce55628c22b2fe38b1502

Senet.az oxucularına Şəhriyar del Geraninin şeirlərini təqdim edir.

adamlar yorulanda,
ağaclar quruyanda,
bir də gördün payız gəlir
çoxalırlar uzaqlar
və hər dəfə belə olur
aramız soyuyanda…

quşlar uçmaqdan yorulur
adamlar yaşamaqdan.
sən də lap yorğun düşmüsən
məni bağışlamaqdan.

ümidlərlə başını qat
bir az səadət uydur,
dərmanını qucaqla yat
aramız soyuyanda…

boş qoyub getdiyin şəhər,
baş götürüb getdiyin ev,
beş-on ürkək xatirələr
bir də səndən uzaq var.

gətir silim göz yaşını,
yenə havada yellənir
yorğun düşüb əllərin
məni bağışlamaqdan…

adamlar yorulanda,
ağaclar quruyanda
bir də gördün payız gəlir
çoxalırlar uzaqlar
…və hər dəfə belə olur
aramız soyuyanda

KÖŞƏ YAZARLARI
TOP 10