“Adını qazanan uşaq” nümayiş olunacaq

43 Baxış

suOktyabrın 26-da saat 16:00-da Şuşa Dövlət Musiqili Dram teatrı türk yazıçısı Hasan Erkeyin “Kitabi-Dədə Qorqud” boyları əsasında yazdığı “Adını qazanan uşaq” tamaşası ilə tamaşaçıların görüşünə gələcək. Tamaşa Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində oynanılacaq.

Azərbaycan Respublikasının Prezidenti yanında “Bilik Fondu”nun həyata keçirdiyi “Qardaşlaşmış məktəblər” layihəsi çərçivəsində tamaşa yuxarı məktəb şagirdləri üçün nümayiş olunacaq.
Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimov, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Əməkdar artist Azad Məmmədovdur. Rollarda Sevinc Ağayeva, Vüsalə Məmmədzadə, Etibar Cəfərov, Hamlet Qənbərov, Gündüz Qasımov, Tofiq Hacıyev və başqaları çıxış edirlər.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10