Afaq Məsuda “Haldun Taner” medalı verilib

47 Baxış

MesudAkademik Milli Dram Teatrında Azərbaycanın bir qrup teatr xadiminə TÜRKSOY-un “Haldun Taner” medalı təqdim olunub. 

Teatr sənətinin inkişafına verdiyi töhfələrə görə Xalq Artisti Azər Paşa Nemət, Akademik Milli Dram Teatrının direktoru, professor İsrafil İsrafilov, professor Məryəm Əlizadə, yazıçı-dramaturq, Əməkdar İncəsənət Xadimi Afaq Məsud və tanınmış aktyor və rejissor, Əməkdar İncəsənət Xadimi, Cahangir Novruzova “Haldun Taner” medalı təqdim olunub.

Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov qeyd edib ki, bu gün teatrımız üçün olduqca əlamətdar bir gündür: “TÜRKSOY özünün ən dəyərli mükafatlarından birini Azərbaycanın görkəmli sənətçilərinə təqdim edir. Eyni zamanda bu gün Azərbaycan teatrı Cahangir Zeynalovun 150 illiyini qeyd edir. Cahangir Zeynalovun 150 illiyi Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə qeyd olunur. Bu bütövlükdə Azərbaycan teatrına verilən qiymətdir. Buna görə də bütün teatrsevərlər adında dövlətimizin başçısına minnətdarlığımı bildirirəm”.

 

 

haldun

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10