“Ağamusa Axundov və Azərbaycan filologiyası” mövzusunda beynəlxalq konfrans keçiriləcək

60 Baxış

genc_alimler_1

Aprelin 24-25-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutu “Ağamusa Axundov və Azərbaycan filologiyası” mövzusunda beynəlxalq konfrans keçirəcək.

AMEA-dan Senet.az-a bildirilib ki, akademik Ağamusa Axundovun 85 illiyinə həsr olunan konfransda dilçilik nəzəriyyəsi, fonetika məsələləri, dil və üslub məsələləri, ədəbiyyat və ədəbi dil məsələləri, türkologiyanın aktual problemləri, dil tarixi və qrammatika bölmələri üzrə müzakirələr aparılacaq. Tədbirə 15-dək ölkədən tanınmış tarixçilər, ədəbiyyatşünaslar və türkoloqlar dəvət olunublar.

Maraqlananlar məqalələrini fevralın 15-dək a.akhundof85@gmail.com elektron ünvanına göndərməlidirlər.

 

KÖŞƏ YAZARLARI
TOP 10