“Ağamusa Axundov xatirələrdə” kitabı çapdan çıxıb

6 Baxış

14938305942974050647_1000x669

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutu “Ağamusa Axundov xatirələrdə” kitabını nəşr edib.

AMEA-dan Senet.az-a bildiriblər ki, kitabın redaktoru, institutun direktoru, akademik Möhsün Nağısoylu və Ağamusa Axundovun qızı, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygül Hacıyevadır.

Kitabda Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli, akademik Möhsün Nağısoylu, Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar və Aygül Hacıyeva Ağamusa Axundovla bağlı xatirələrini bölüşüb, alimin dilçilik elmi sahəsindəki əvəzsiz xidmətlərindən, əldə etdiyi nailiyyətlərdən və nümunəvi həyat yolundan söz açıblar.

Nəşrdə, həmçinin türkiyəli professorlar Zeynəb Qorxmazın “Dəyərli həmkarım Ağamusa Axundovun xatirəsinə”, Şükrü Hüluk Akalının “Ağamusa Axundovun xatirəsinə”, Həmzə Zülfikarın “Ortaq türk dili haqqındakı fikirlər və termin problemləri”, Rasim Özyürəkin “Böyük dilçi, respublika professoru Ağamusa Axundov”, Dursun Yıldırımın “Sözün alimi Ağamusa Axundovla xatirələr”, Osman Fikri Sertkayanın “Akademik Ağamusa Axundovun ardınca” sərlövhəli məqalələri yer alıb.

KÖŞƏ YAZARLARI
TOP 10