“Ağbığlılar”ın premyerası olacaq

2 Baxış

Azərbaycan_Dövlət_Pantomim_TeatrıSenet.az saytının xəbərinə görə oktyabrın 8-də Azərbaycan Dövlət Pantomima Teatrında Nurlan Rüstəmovun müəllifi olduğu “Ağbığlılar” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşanın premyerası keçiriləcək.

Səhnə əsəri iki süpürgəçinin iş prosesində başlarına gələn komik və kədərli əhvalatlardan bəhs edir. Əməkdar artist Bəhruz Əhmədlinin quruluşunda təqdim olunacaq tamaşanın musiqi tərtibatçısı Nurlan Rüstəmovdur. Rolları Bəhruz Əhmədli, Nurlan Rüstəmov, Solmaz Bədəlova, Rafael Şahbəyli və Elmin Qiyaslı canlandıracaq.

Bölmə : Teatr