Ağdamda Kitab Bayramı keçirildi

46 Baxış

2012-01-10 12.47.31Mayın 5-i  Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Ağdam rayonu  Quzanlı qəsəbəsində Kitab Bayramı keçirilib. “Azərbaycan Naşirlər və Poliqrafçılar” İctimai Birliyinin və Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə “Hədəf” Nəşrləri, “Təhsil”, “Parlaq imzalar” , “Yayım Assosasiyası”  və s. kimi  müxtəlif nəşriyyatlar iştirak edib. 

Mərasim  Ümummilli Lider Heydər Əliyevin rayonun girəcəyində ucaldılmış əzəmətli abidəsini ziyarətlə başladı. Mərasim iştirakçıları ulu öndərin abidəsi önünə gül dəstələri düzdülər.

Daha sonra tədbiri giriş sözü ilə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov açıb. O, tədbir iştirakçılarını salamlayaraq, Kitab Bayramının əhəmiyyətindən danışıb. Daha sonra “Azərbaycan Naşirlər və Poliqrafçılar” İctimai Birliyinin sədri Bəhruz Axundov çıxış edərək Ağdam rayonunda Kitab Bayramının keçirilməsini müsbət hal olaraq qiymətləndirib. Tədbirdə  millət vəkili Aqil Abbas, “Hədəf” şirkətlər qrupunun baş direktoru, yazıçı Şəmil Sadiq, yazıçı Müşfiq XAN, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, şair Ənvər Əhməd, tənqidçi Cahangir Məmmədli, dramaturq Əli Əmirli, yazıçı Mustafa Çəmənli də iştirak ediblər.

Tədbirin rəsmi hissəsindən sonra bədii hissə başlayıb. Mədəniyyət işçilərinin təqdim etdikləri müxtəlif nömrələr Kitab Bayramının rəngarəngliyini daha da artırıb. Daha sonra oxucular stendlərlə yaxından tanış olublar.  “Hədəf” Nəşrləri pulsuz olaraq beş yüzdən artıq kitab təqdim edib. Pulsuz kitab aksiyası iştirakçıların böyük marağına səbəb olub.

Kitab Bayramı tanınmış müəlliflərin imza mərasimi ilə yekunlaşıb.

 

KÖŞƏ YAZARLARI
TOP 10