“Aida” operası Opera və Balet Teatrında

2 Baxış

poster_aida_141216

Dekabrın 24-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dünya klassik opera sənətinin ən dəyərli nümunələrindən biri – Cüzeppe Verdinin “Aida” operasının tamaşası keçiriləcək.

Teatrın Mətbuat Xidmətindən Senet.az-a verilən məlumata görə, tamaşada əsas partiyalardan birini – Aida partiyasını ilk dəfə teatrın aparıcı solisti – əməkdar artist, Azərbaycan Prezidenti mükafatçısı Afaq Abbasova ifa edəcək. Amneris rolunda gənc solist Nina Makarova, Misir şahı partiyasında xalq artisti Əli Əsgərov, ramfis partiyasında əməkdar artist Əkrəm Poladov, Kahin qadın rolunda əməkdar artist Gülnaz İsmayılova çıxış edəcəklər.

Tamaşada iştirak etmək üçün Gürcüstanlı vokalçılar – Gürcüstanın xalq artisti və Dövlət Mükafatı laureatı, professor Teymuraz Ququşvili (Radames) və əməkdar artist Sulxan Qvelesiani (Amonasro) da dəvət olunublar. Tamaşanın dirijoru xalq artisti, professor Cavanşir Cəfərovdur.

Bölmə : Sənət, Teatr
KÖŞƏ YAZARLARI
TOP 10