Akademik Milli Dram Teatrı beynəlxalq festivalda iştirak edir

50 Baxış

akademikAzərbaycan Dövlət Akademik Milli Dram Teatrı Belarusiyada keçiriləcək Gənclərin II Beynəlxalq Teatr Forumunda “İlahi oyun” tamaşası ilə təmsil olunacaq.

Səfər Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə baş tutub. Belə ki, MDB ölkələrinin iştirak edəcəyi beynəlxalq tədbir “İlahi oyun” tamaşası ilə açılacaq. “Kitabi-Dədə Qorqud” dastanının “Dirsə xan oğlu Buğac” boyu əsasında hazırlanmış birhissəli etno-müziklın quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Mustafa Mustafayevdir. Səhnə əsərinin musiqi tərtibatı Vidadi Həsənov və Mikayıl Mikayılova, rəqslərin quruluşu Pərviz Məmmədrzayev və Nigar Güləhmədovaya məxsusdur. Tamaşada Əməkdar artistlər Vidadi Həsənov, Pərviz Məmmədrzayev, aktyorlar Nigar Güləhmədova və Novruz Novruzlu çıxış edəcəklər. “İlahi oyun” tamaşası Belarusun Yanka Kupala adına Milli Akademik Teatrında səhnəyə qoyulacaq.

Qeyd edək ki, Gənclərin II Beynəlxalq Teatr Forumu Beynəlxalq Çexov Teatr Festivalı çərçivəsində gənc rejissorların işlərinə baxış məqsədilə təşkil olunub.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10